AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

“Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuəsi nəşr olunmuşdur

21.07.2014

“Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuə ölkədə qadınların və kişilərin sayının dəyişilməsini, eləсə də 2013-сü ildə ölkədə sosial-demoqrafik prosesləri ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəriсiləri özündə əks etdirir.
Statistik məcmuəyə səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığına dair statistik müşahidə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar və beynəlxalq müqayisələr bölmələrindən ibarət olmaqla, cins və yaş bölgüsündə doğulanların və ölənlərin, nikah və boşanmaların sayı, ümumi nəsilvermə əmsalı, doğulanda gözlənilən ömür uzunluğu, nikaha daxil olanların orta yaşı, nikah vəziyyətinə və doğduğu uşaqlara görə qadınların sayı, yaş qrupları üzrə siqaret çəkənlərin sayı və digər göstəricilər daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Gender" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda qadınlar və kişilər, 2014" (2.75 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim