AZ    EN
logo
image

“Azərbaycan gəncləri ” adlı statistik məcmuə nəşr olunmuşdur

02.09.2014

“Azərbaycan gəncləri” adlı statistik məcmuə “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Hüquqpozmalar” və “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” bölmələrindən ibarətdir.
Məcmuədə gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, əhalinin təhsil səviyyəsi, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı, məşğul və işsiz əhalinin cins, təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, muzeylərin, klub tipli mədəniyyət müəssisələrinin, peşəkar teatrların, mədəniyyət və istirahət parklarının sayı, daimi yaşamaq üçün Azərbaycana xarici ölkələrdən gələn gənclər və daimi yaşamaq üçün xarici ölkələrə gedənlər, ölkədən gedənlərin və Azərbaycana gələnlərin miqrasiyanın məqsədləri üzrə bölgüsü, cinayətin fəsilləri və növləri üzrə, narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törətmiş 14–29 yaşlı gənclərin sayı və digər göstəricilər haqqında məlumatlar öz əksini tapmışdır.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Əhali" bölməsindəki "Azərbaycan gəncləri" başlığından, nəşr versiyasını isə "Azərbaycan gəncləri, 2014" (911 KB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim