AZ    EN
logo

Parisdə “Ekoloji informasiyanın birgə sistemi və “yaşıl inkişaf” mövzusunda regional seminar keçirilmişdir

29.03.2015

2015-ci il 10-11 mart tarixlərində Paris şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa Ətraf Mühit Agentliyinin (AƏMA) və BMT-nin Ətraf Mühit Proqramının (ƏMP) birgə təşkilatçılığı ilə “Ekoloji informasiyanın birgə sistemi və “yaşıl inkişaf” mövzusunda regional seminar keçirilmişdir. Seminarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin - Belarus, Moldova, Ukrayna, Rusiya, Cənubi Qafqaz, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyat, ekologiya nazirliklərinin, eləcə də statistika idarələrinin ekspertləri iştirak etmişlər. Azərbaycan Respublikasını bu tədbirdə Dövlət Statistika Komitəsi Aparatının Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri Rəna Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi Aytən Yusifova təmsil etmişlər.
Seminarın məqsədi “yaşıl inkişaf” konsepsiyası və “yaşıl iqtisadiyyat” modeli anlayışlarının və onların ŞAQMA regionunda qiymətləndirilməsi əsaslarının təkmilləşdirilməsi, milli ekoloji informasiya sistemlərinin “yaşıl inkişaf” şəbəkəsinə birləşdirilməsi, məlumat axınlarının istifadə üsullarının öyrənilməsi olmuşdur.
Seminarda “yaşıl inkişaf” konsepsiyası və ekoloji informasiya sistemləri, ekoloji göstəricilər və “yaşıl inkişaf” göstəriciləri, onların oxşarlıqları və fərqləri, ekoloji informasiya sisteminin işlənib hazırlanmasının davam etdirilməsi və “yaşıl inkişaf”/“yaşıl iqtisadiyyat” modelinin inkişafı məsələləri müzakirə olunmuşdur.
Qırğızıstan, Moldova, Ukrayna, Rusiya, Çexiya və Sloveniya nümayəndələri tərəfindən təqdim olunmuş prezentasiyalarda həmin ölkələrdə “yaşıl inkişaf” göstəricilərindən bəhs olunmuşdur. Müxtəlif tematik istiqamətdə müqayisə edilə bilən bir neçə ekoloji göstərici ilə “yaşıl inkişaf” göstəriciləri təqdim olunmuş və onlar üzrə məlumat axınının, metaməlumatların, eləcə də ölçü vahidlərinin müqayisəsi aparılmışdır. Bildirilmişdir ki, “Şirin su ehtiyatları”, “Çirkab suların təmizlənməsinə cəlb olunmuş əhali”, “Vəhşi təbiətin resursları”, “Torpağın eroziyası”, “Bərpaolunan enerji mənbələrinin payı”, “Tullantıların yaranması” üzrə göstəricilərin böyük hissəsi müqayisə olunandır.
Bununla belə, AİK-in ekoloji göstəriciləri ilə üst-üstə düşməyən bir sıra “yaşıl inkişaf” göstəriciləri də mövcuddur. Göstəricilərin analiz edilməsi nəticəsində bu nəticəyə gəlinmişdir ki, İƏİT, AİK və seminar iştirakçısı olan ölkələr göstəricilərin müəyyənləşdirilməsi və toplanılması metodunun razılaşdırılmasına dair birgə iş aparmalıdır.
Seminarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı “yaşıl inkişaf” göstəricilərinin işlənib hazırlanması işində ölkələrə kömək göstərməyə və mart ayının sonunadək bu sahədə müraciətləri qəbul etməyə hazır olduğunu bildirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim