AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndələri İspaniyada təşkil edilən beynəlxalq konfransa qatılıb

03.06.2016

1-3 iyun tarixlərində Avropa Statistika Bürosu və İspaniya Milli Statistika İnstitutunun təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madrid şəhərində Rəsmi Statistikada Keyfiyyət üzrə Avropa Konfransı keçirilir. Konfransda Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edirlər. 2001-ci ildən başlayaraq təşkil edilən bu konfranslar müxtəlif sahələrdə çalışan mütəxəssislərlə rəsmi statistikada inkişafa və tərəqqiyə dair müzakirələrin aparılması, ən yaxşı təcrübələrin bölüşülməsi sahəsində əhəmiyyətli rol oynamağa başlayıb. Tədbirdə statistika sisteminin əlaqələndirilməsi, məlumatların keyfiyyətinin artırılması, inzibati məlumatlardan istifadə olunması, keyfiyyətin idarə edilməsi, keyfiyyətlə bağlı ən son standartların və tövsiyələrin mənimsənilməsi, metaməlumatlar sistemi kimi aktual məsələlərlə bağlı müzakirələr aparılır. Bununla yanaşı, konfransda beynəlxalq təşkilatlar tərəfindən ötən illər ərzində qəbul edilən metodoloji tövsiyələrin milli statistika təşkilatlarında tətbiqi vəziyyəti, milli statistika sisteminin qiymətləndirilməsi sahəsindəki fəaliyyətlər diqqətə çatdırılacaq. Rəsmi statistikada keyfiyyətə dair aktual və innovativ mövzulara müraciət olunması, xüsusi sessiyalar təşkil edilməklə açıq formada diskussiyaların aparılması konfransın gündəliyində duran əsas məsələlərdəndir.


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Mətbuat Xidməti

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim