AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

12.12.2016

 

Dekabrın 12-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Sonra keçiriliən anım mərasimində Ulu öndər H.Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.    

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə ətraflı məlumat verib. O, çıxışında bildirib ki, əbədiyaşar lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin beynəlxalq imicini artırıb, Azərbaycanın hərtərəfli inkişafına, müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyinə nail olub. Qısa zaman kəsiyində müstəqilliyə yeni qədəm qoymuş bir ölkə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan, bütün sahələrdə inkişaf yolunda olan bir dövlətə çevrilib. Azərbaycanın yarım əsrə yaxın dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Dahi rəhbər Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Ən çətin anlarda belə dahi rəhbər Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirmiş, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi örnəkdir. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri Heydər Əliyevin davamçılarıyıq.  

Qeyd olunub ki, Ulu öndər H.Əliyevin nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insan Heydər Əliyevi vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirilib. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək dəyərləndiriblər, ondan çox şey öyrəndiklərini bildiriblər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir.  

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Malik Heydərov, Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə , Kənd təsərrüfatı statistikası şöbəsinin sektor müdiri Vüqar Vəliyev, Sənaye və tikinti statistikası şöbəsinin aparıcı məsləhətçisi Böyükağa İsrafilov, Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Könül Bayramova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Yaqutxanım Məmmədli Ulu Öndərin Azərbaycanın bir dövlət kimi yaşamasında, ölkənin müxtəlif sahələr üzrə inkişafında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyev kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin davamçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.

Sonra xalqımızın böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

           

12.12.2016

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim