AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin baş direktoru ilə görüşüb

11.05.2017

Mayın 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) baş direktoru Musa Kulaklıkaya ilə görüşüb.  

İlk öncə qonaqları salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni müstəvidə uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun güclü və qüdrətli dövlətinə çevirib. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arenada multikultural, sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanıb. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə inkişafın davamlılığını təmin etmək məqsədi ilə ciddi addımlar atıldığını deyən Komitə sədri qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsinin Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb. Tahir Budaqov qədimliyi və müasirliyi özündə təcəssüm etdirən Azərbaycanın çoxsaylı mötəbər beynəlxalq konfrans, forum və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladaraq, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının dünyada dini tolerantlığın, mədəniyyətlərarası dialoqun inkişafına töhvə verəcəyinə əminliyini bildirib.

Azərbaycanın statistika sistemi, onun təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində həyata keçirilən layihələr və proqramlar barədə ətraflı məlumat verilib. Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası  tərəfindən həyata keçirilmiş Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin uğurla nəticələndiyi və İsveçrənin dünyada tanınmış “SGS” şirkəti tərəfindən İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görüldüyü qeyd olunub.

İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin baş direktoru Musa Kulaklıkaya səmimi görüşə görə minnətdarlığını ifadə edib. Musa Kulaklıkaya Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşdığını, bu oyunların dinlərarası və mədəniyyətlərarası dialoqun daha da inkişafı baxımından böyük töhvələr verəcəyini bildirib. Dövlət Statistika Komitəsi ilə İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi arasında əlverişli prespektivlərin mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi arasında əməkdaşlıq məsələləri, SESRIC-in fəaliyyətlərinin təşviqi, həmçinin SESRIC ilə Azərbaycan Respublikası arasında gələcək layihələr üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

11.05.2017

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim