AZ    EN
logo
image

Mərakeşdə keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi başa çatıb

21.07.2017

16-21 iyul tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi öz işini yekunlaşdırıb. BMT-nin Avropa iqtisadi Komissiyasının ekspert qrupunun üzvü olan Almaniya və İsveçrənin statistika qurumlarının nümayəndələri ilə yanaşı tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edib.

Dünya Statistika Konqresi çərçivəsində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə “Layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və keyfiyyətli iş yerləri: beynəlxalq standartlar çərçivəsində müqayisəlilik və milli təcrübələr” adlı sessiya da təşkil edilib. Sessiyanın məqsədi layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və işin keyfiyyəti üzrə beynəlxalq statistik standartlar çərçivəsində müxtəlif növ göstəricilər arasında fərqli cəhətlərin mövcudluğu və bununla bağlı müzakirələrin aparılmasıdır.

Beynəlxalq tədbirdə “Layiqli əməyin ölçülməsi:Azərbaycan təcrübəsi” mövzusuda təqdimat olub və bu sahədə görülmüş işlər haqqında geniş məlumat verilib.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim