AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Bolqarıstanda işguzar görüşlər keçirib

28.08.2017

Cari ilin 21 - 25 avqust tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub. Səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilmiş işlərə dair nəticələrin müzakirəsi, gələcək tədbirlərin planlaşdırılması və ikitərəfli əməkdaşlığın davam etdirilməsi olmuşdur.

Səfər Milli Statistika İnstitutunun Sofiya şəhərində yerləşən əsas inzibati binasında, Pleven şəhərindəki “Severozapad” - Ərazi Statistika Bürosunda, Loveç şəhərindəki “Slivek” təlim mərkəzində və Varna şəhərində yerləşən “Severoiztok” – Ərazi Statistika Bürosunda 5 gün ərzində davam edib.

Görüşlərdə Bolqarıstan Milli Statistika İnstitutunun mütəxəssisləri ilə birgə  “Bolqarıstan statistika sistemi və Milli Statistika İnstitutunun inkişafı”, “Bolqarıstan Milli Statistika İnstitutunda aparılmış struktur islahatları”, “Keyfiyyəti idarəetmə sistemi, İSO 9001:2015 beynəlxalq uyğunluq sertifikatının əldə edilməsi”, “Keyfiyyətin qiymətləndirilməsi meyarları”, “Əsas statistik müşahidələr üçün keyfiyyət məruzələri”, “Metaməlumatlar sisteminin uğurlu tətbiqi üçün informasiya texnologiyaları alətləri”, “Severozapad” - Ərazi Statistika Bürosunun strukturu və milli statistika sistemində  rolu”, “İSO 9001:2015 beynəlxalq uyğunluq standartının regional səviyyədə tətbiqi”, “Slivek” təlim mərkəzində beynəlxalq təlimlərin planlaşdırılması və keçirilməsi”, “Severoiztok” – Ərazi Statistika Bürosunun strukturu və milli statistika sistemində rolu”, “Severoiztok” – Ərazi Statistika Bürosunda keyfiyyəti idarəetmə sisteminin tətbiqi”, “Severoiztok” – Ərazi Statistika Bürosunda innovasiyalar və statistik məlumatların istehsalı üçün yeni informasiya texnologiyalarının, proqram təminatlarının tətbiqi” və “Statistik məlumatların  yayımı”na dair müzakirələr aparılıb.

Nümayəndə heyəti üzvləri səfər çərçivəsində “Severozapad” və “Severoiztok” ərazi statistika bürolarının fəaliyyəti ilə tanış olublar, regionların sosial - iqtisadi vəziyyəti, infrastrukturu, statistik vahidlərin uçota cəlb edilməsi və statistik müayinələrin aparılması metodikasına dair geniş fikir mübadiləsi də aparıblar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim