AZ    EN
logo
image

Parisdə “Biznes registr üzrə ekspertlər qrupunun iclası” keçirilir

28.09.2017

27-29 sentyabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika Bürosu  (Avrostat), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Avropa Azad Ticarət Assosiasiyasının (AATA) dəstəyi ilə “Biznes registr üzrə ekspertlər qrupunun iclası” keçirilir. Tədbirə ölkəmizdən Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov və aparatın Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov qatılıblar.

3 gün davam edəcək tədbirdə statistik istehsal prosesinin təkmilləşdirilməsində biznes registrin rolu, coğrafi informasiya sistemi ilə biznes registrin inteqrasiyası, biznes registrin digər məlumat mənbələri ilə inteqrasiyasından biznes demoqrafiyasına dair məlumatların əldə edilməsi, keyfiyyətin ölçülməsi və idarə olunması, inzibati məlumat mənbələrindən və mikro məlumatlardan daha əlverişli istifadə və qloballaşmaya dair mövzular əhatə olunacaq. Həmçinin, tədbirdə Azərbaycanda statistik vahidlərin dövlət reyestrinin aparılmasına dair Dövlət Statistika Komitəsinin təcrübəsi təqdim ediləcək.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim