AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi Almatıda keçirilən seminarda təmsil olunub

02.02.2018

31 yanvar - 1 fevral tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə İKT statistikasına dair məsələlər üzrə MDB dövlətləri üçün regional seminar keçirilib. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev iştirak edib. Seminarda region ölkələrində İKT statistikasının əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi üsulları, əsas İKT göstəriciləri üzrə tərif və metodologiyalara dair müzakirələr aparılıb. Fevralın 2-də isə seminar iştirakçıları Almatı şəhərində keçirilən daha bir tədbir – “Qloballaşma dövründə rəqəmsal gündəlik” beynəlxalq forumunun işinə də qatılıblar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim