AZ    EN
logo
image

BMT-nin Statistika Komissiyasının 49-cu sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilib

09.03.2018

 

2018-ci ilin 5-9 mart tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 49-cu sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.

Sessiyanın müzakirəsinə 17 sənəd çıxarılıb, 15 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən olunmuş göstəricilər və həmin göstəricilər üzrə məlumatların toplanması, statistikanın təşkili üzrə məlumat kitabçası, açıq məlumatlar, ev təsərrüfatları üzrə sorğular, rəsmi statistika məqsədləri üçün böyük həcmli məlumatlardan istifadə, regional səviyyədə statistikanın təkmilləşdirilməsi, milli hesablar, ekoloji-iqtisadi hesablar, iqtisadiyyatı təbii resurslara əsaslanan ölkələr üçün statistika, statistik təsnifatlar, kənd təsərrüfatı, iqlim dəyişikliyi, qaçqınlıq, əlillik, məşğulluq statistikası ilə bağlı müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul olunub. Qeyd olunanlarla yanaşı,  tədbir iştirakçılarına demoqrafiya, gender, yoxsulluq, energetika, xidmət, informasiya-kommunikasiya texnologiyaları, qiymət, rəqəmsal ticarət və elektron kommersiya, elm, texnika və innovasiya, qeyri-formal sektor, dövlət idarəetməsi, sülh və təhlükəsizlik, ətraf mühit statistikası, habelə statistik proqramların əlaqələndirilməsi, geoməkan məlumatlarından istifadə, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlərə dair məlumat xarakterli məruzələr təqdim edilib. Rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumda isə siyasi qərar qəbul edənlər də daxil olmaqla, statistiklər və əsas tərəfdaşlar arasında əlaqələrin genişləndirilməsi yollarına dair məsələlərə baxılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim