AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşri işıq üzü görüb

14.06.2018

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanaraq çap olunan “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunub.

762 səhifədən ibarət olan nəşr Azərbaycan və ingilis dillərində nəfis tərtib edilib. Kitabda son 25 ilin statistik göstəriciləri iki dövrdə (1993-2002 və 2003-2017-ci illər) ətraflı əhatə olunub. Belə ki, hər iki dövr üzrə əhali, məşğulluq, institusional fəaliyyət, sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, rabitə, turizm, İKT, ticarət, xarici ticarət, təhsil, elm, mədəniyyət, idman, səhiyyə, həyat səviyyəsi, milli hesablar, maliyyə, ətraf mühit statistikasına dair göstəricilər əks olunub. Qeyd edilmiş sahələr üzrə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi rəsmi dövlət tədbirlərindən seçmə fotoşəkillər, həmçinin hər iki dövrü əks etdirən statistik göstəricilərin müqayisəsi əsasında tərtib edilmiş təhlillər və qrafiklər də kitabda öz əksini tapıb. Yeni nəşrin respublika ictimaiyyətinə, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə, beynəlxalq təşkilatlara, dünya ölkələrinin statistika orqanlarına, elm, təhsil müəssisələrinə, kitabxanalara, yerli icra hakimiyyəti və statistika orqanlarına təqdim olunması, həmçinin geniş oxucu kütləsinin istifadəsi üçün elektron versiyasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (www.stat.gov.az) yerləşdirilməsi nəzərdə tutulub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim