AZ    EN
logo
image

İsveçrədə ekologiya statistikasına dair beynəlxalq tədbir keçirilir

26.10.2018, 14:15

25-26 oktyabr 2018-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə məqsədli işçi qrupunun 15-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

Sessiyada ekoloji qiymətləndirmə prosesinin dəstəklənməsi üçün Ekoloji İnformasiyanın Birgə Sisiteminin yaradılmasının gedişatı, BMT-nin Avropa İqtisadi Komissiyasının “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”inə yenidən baxılması, milli səviyyədə ekoloji göstəricilərin və statistik məlumatların işlənib hazırlanması sahəsindəki irəliləyişlər, bu sahədə potensialın artırılması üçün cari və planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunacaq.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim