AZ    EN
logo
image

Cenevrədə nəqliyyat statistikasına dair beynəlxalq tədbir keçirilir

13.06.2019, 16:36

12-14 iyun 2019-cu il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Nəqliyyat statistikası üzrə işçi qrupunun 70-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev iştirak edir.

Sessiyada Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal göstəricilərin hazırlanması, nəqliyyat statistikası üzrə məlumatların toplanması, işlənməsi və yayılması sisteminin təkmilləşdirilməsi, yeni metodologiyanın hazırlanması, nəqliyyat statistikası üçün qlossarinin yenilənməsi və nəqliyyat növləri bölgüsündə məlumatların müqayisəliliyinin təmin edilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim