AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin əməkdaşları Koreyada təşkil edilən təlimdə iştirak edirlər

08.07.2019, 10:43

30 iyun - 13 iyul 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Koreya Respublikasının Dayjon şəhərində “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə təlimə qatılıblar. Koreya Statistika Komitəsi tərəfindən təşkil edilən tədbir müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi sahəsində informasiya texnologiyaları üzrə kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının gücləndirilməsinə dəstək verməklə Dövlət Statistika Komitəsinin potensialının möhkəmləndirilməsi məqsədini daşıyır.

Təlimdə həmçinin rəsmi statistika məlumatlarının istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunmuş bilik və təcrübələrlə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda Dövlət Statistika Komitəsinin nümayəndələri statistik məlumat bazaları və onların idarə olunması, məlumatların yayılması sahəsində əldə edilmiş nailiyyətlər, planlaşdırılan layihələr haqqında təqdimatla çıxış edəcək, təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, ötən il Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi istifadəyə verilib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim