AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

12.12.2019, 15:51

Dekabrın 12-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Anım mərasimi əbədiyaşar rəhbər Heydər Əliyevin əziz və unudulmaz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.        

Mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında əvəzsiz rolundan və misilsiz fəaliyyətindən danışıb. Bildirib ki, zəngin siyasi dövlətçilik fəaliyyəti ilə tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqımızı daimi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanıb.

Qeyd olunub ki, ulu öndərin dərin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb, ona həm regionda, həm də dünyada layiqli yer qazandırıb. Məhz dahi rəhbərin səyləri nəticəsində çox keçmədən mustəqil Azərbaycan ardıcıl inkişaf mərhələsinə qədəm qoyub, ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət alıb, ictimai-siyasi, iqtisadi, sosial, mədəni sahələrdə inkişafa və tərəqqiyə nail olunub.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasi kursuna, ideyalarına sadiqliyini əməli işləri ilə sübuta yetirən,  onun mükəmməl dövlətçilik xəttini yeni müstəvidə zənginləşdirən Prezident cənab İlham Əliyev bu gün müasir dünyanın və xalqımızın tələblərinə uyğun yeni məzmunlu daxili və xarici siyasət həyata keçirir. Dövlət Başçısının uğurlu fəaliyyəti onu göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və ölkəmizin hərtərəfli tərəqqisini təmin edir. Heydər Əliyev siyasətini hər sahədə uca tutan, onu praktiki şəkildə tətbiq edən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü siyasəti ilə cənab İlham Əliyev verdiyi müdrik qərarlarla və bacarıqlı idarəçilik qabiliyyəti göstərərək ölkənin davamlı və dayanıqlı inkişafını təmin edib. Son illər həyata keçirilən stuktur islahatları, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan mühüm əhəmiyyətə malik qərarlar Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, müasir dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Ulu Öndərimizin zəngin irsinə verilən dəyərli töhfə kimi yüksək qiymətləndirilir.

Dövlət Statistika Komitəsi Aparatının Ümumi şöbəsinin müdiri Sevda Süleymanova, Kənd Təsərrüfatı statistikası şöbəsinin müdir müavini Orxan Məlikov öz çıxışlarında ulu öndərin XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, eləcə də onun Azərbaycançılıq ideologiyasının inkişafında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev  xalqımızın qəlbinə və yaddaşına əbədi həkk olunub və elə bir iz qoyub ki, ölkəmiz dahi rəhbəri ilə daim fəxr edəcək və onu heç zaman yaddan çıxartmayacaq.

Sonra tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim