AZ    EN
logo
image

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 61-ci iclası keçirilib

18.12.2020, 16:10

Dekbarın 18-də Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 61-ci iclası keçirilib.

Belarus Respublikası Milli Statistika Komitəsinin sədri xanım İnna Medvedovanın sədrliyi ilə keçirilən videokonfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin və üzv dövlətlərin statistika qurumlarının rəhbərləri iştirak ediblər. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edib.

Şuranın iclasında COVİD-19 pandemiyası şəraitində MDB dövlətlərinin statistika xidmətlərinin fəaliyyətinin bir sıra aspektləri və digər məsələlər haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim