AZ    EN
logo

2023-cü ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

13.02.2023, 12:00

2023-cü ilin yanvar ayında ölkədə 9690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır.

ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olmuşdur.

Əlaqə nömrəsi: 377 10 70 (22-15)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim