AZ    EN
logo

2023-cü ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında

14.04.2023, 12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,7 faiz artmışdır.

Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78,0 faiz, əczaçılıq məhsullarının istehsalı 68,8 faiz, poliqrafiya məhsullarının istehsalı 57,1 faiz, kağız və karton istehsalı 44,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 35,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz, tikinti materiallarının istehsalı 25,8 faiz, maşın və avadanlıqların istehsalı 25,4 faiz, içkilərin istehsalı 25,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 faiz, qida məhsullarının istehsalı 13,6 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 6,6 faiz, mebel istehsalı 1,0 faiz, neft məhsullarının istehsalı 0,5 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 0,4 faiz, geyim istehsalı 1,1 faiz, hazır metal məmulatlarının istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 faiz artmışdır.

Əlaqə telefonu: 377-10-70 (22-10)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim