AZ    EN
logo
image

BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının 73-cü plenar sessiyası keçirilir

18.06.2025, 17:31

2025-ci ilin 16-18 iyun tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 73-cü plenar sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov iştirak edib.

Konfrans beynəlxalq statistika işlərinin əlaqələndirilməsi, aktual məsələlərin həlli, milli statistikanın və onun beynəlxalq müqayisəliliyinin təkmilləşdirilməsi məqsədilə metodoloji təlimatların və tövsiyələrin hazırlanması üçün platformanı təmin edib. Plenar sessiya zamanı məlumatlardan yanlış istifadə hallarına və dezinformasiyaya qarşı tədbirlərə, həmçinin sorğuların aparılmasında dəyişikliklər və innovasiyalara dair mövzuları əhatə edən seminarlar keçirilib. Tədbir çərçivəsində Rəsmi Statistikanın Modernizasiyası üzrə Yüksək Səviyyəli Qrupun işi nəzərdən keçirilib, eləcə də statistika qurumlarının fəaliyyətində strateji istiqamətlər, dayanıqlı inkişaf məqsədləri üçün statistik məlumatların təmin olunması üzrə təcrübələr, əhalinin yaşlanması, miqrasiya statistikası və digər aktual məsələlər müzakirə olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim