AZ    EN
logo

Elmi kadrların hazırlanması haqqında

23.06.2025, 12:00

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialının inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 50,2 faizi qadın olmaqla 3304 nəfər təhsil almışdır. Təhsil alanların 82,5 faizi fəlsəfə, 17,5 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Təhsil alanların 31,6 faizi elmi müəssisə və təşkilatlarda, 68,4 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 27,4 və 72,6 faiz, elmlər doktoru proqramı üzrə isə 51,7 və 48,3 faiz təşkil etmişdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 57,0 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 28,4 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2726 nəfərin 563-ü texnika, 550-si iqtisad, 246-sı filologiya, 166-sı tibb, 165-i pedaqogika, 155-i siyasi, 123-ü biologiya, hər birində 110 nəfər olmaqla 220-si hüquq və yer elmləri, 92-si tarix, 84-ü kimya, 79-u riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.  

Doktorantların 134 nəfəri filologiya, 70 nəfəri iqtisad, 65 nəfəri texnika, 58 nəfəri biologiya, 43 nəfəri tibb, 36 nəfəri kimya, 27 nəfəri tarix, 24 nəfəri aqrar, 23 nəfəri hüquq, 18 nəfəri pedaqogika, 16 nəfəri yer elmləri, 15 nəfəri sənətşünaslıq, 13 nəfəri riyaziyyat, 36 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2023-cü illə müqayisədə 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 18,4 faiz azalaraq 500 nəfər, elmlər doktoru proqramı üzrə isə 10,8 faiz artaraq 133 nəfər təşkil etmişdir. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 758 nəfər, elmlər doktoru proqramı üzrə isə 106 nəfər doktoranturaya qəbul olunmuşdur.

Bununla yanaşı, 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə 157 dissertant təhkim olunmuşdur ki, onların da 77,1 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 132 nəfəri qadın olmaqla 231 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunmuşdur.

 

Əlaqə telefonu: 377-10-70 (22-70)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim