AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

10.07.2025, 12:00

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul  istehsalı  sahələrinə, 2672,0 milyon  manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim