AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

14.11.2025, 12:00

2025-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 14830,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6,0 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 7499,8 milyon manatı və ya 50,6 faizi məhsul  istehsalı  sahələrinə, 4863,3 milyon  manatı (32,8 faizi) xidmət sahələrinə, 2466,9 milyon manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 11486,5 milyon manatını və ya 77,5 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 11493,8 milyon manatı və ya 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim