AZ    EN
logo

2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında

18.11.2025, 12:00

2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10555,6 min ton, avtomobil nəqliyyatı ilə 8008,8 min ton və dəniz nəqliyyatı ilə 5589,7 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12615,0 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6117,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6719,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4416,7 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton təşkil etmişdir.

 Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,0 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil etmişdir.

 

Əlaqə nömrəsi: 377 10 70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim