Ümumdünya Statistika Günü Dövlət Statistika Komitəsinin gənc mütəxəssisləri arasında da yüksək səviyyədə qeyd edilmişdir.
Bayram tədbirləri çərçivəsində komitənin gənclərdən ibarət bir qrup nümayəndəsi 17 oktyabrda Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Gənclər Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat və şəxsiyyəti haqqında müxtəlif informasiyalar almış və Ulu Öndərin çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlərlərlə tanış olmuşlar.
Sonda xatirə şəkli çəkilmişdir.
|