XƏBƏRLƏR >> |
Ümummilli Lider Heydər Əliyevin anma günü |
2006-ci il dekabr ayının 11-də Dövlət Statistika Komitəsinin binasında Ulu öndərimiz, müstəqil və müasir Azərbaycan Respublikasının banisi Heydər Əlirza oğlu Əliyevin büstünün açılış mərasimi keçirilmişdir. Bu mərasimdə Statistika Komitəsinin Aparatının və BHM-nin mütəxəssisləri, Millət vəkilləri Z.Səmədzadə və N.Cəfərov iştirak etmişlər. Büstü Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev açmış və o, öz çıxışında H.Əliyevin statistikaya göstərdiyi qayğı və diqqətdən danışmış və H.Əliyev tərəfindən deyilən “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır...” sözləri statistika sahəsində çalışan bütün mütəxəssislərə verilən ən yüksək qiymət olduğunu bir daha vurğulamışdır. Millət vəkilləri Z.Səmədzadə və N.Cəfərov öz çıxışlarında H.Əliyevin böyük şəxsiyyətliyini bir daha nəzərə çatdırmış, iqtisadiyyatda statistikanın rolu, hazırladığı bülleten və məcmuələrin vacibliyini qeyd etmişlər. Dövlət Statistika Komitəsinin sədr müavini Ş.Məmmədov büstün yaradılmasında və qurulmasında əməyi olan heykəltaraş Rəşid Hüseynova və rəssam Fikrət Məmmədova öz dərin minnətdarlığını bildirdi və H.Əliyevin fəaliyyətindən danışdı. Mərasimə toplaşanlar büstün üzərinə gül və çiçəklər qoydular. |
FOTOŞƏKİLLƏR |