Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə” 22 iyun 2005-ci il tarixli 116 saylı Qərarının 22-ci maddəsinin icrası ilə bağlı cari ilin dekabrın 16-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində aparatın, BHM-nin şöbələri və Bakı, Sumqayıt şəhər, Abşeron statistika idarələri nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirəni açan Dövlət Statistika Komitəsinin sədri cənab A.Vəliyev statistiklərin qarşısında duran vəzifələrdən, statistik hesabatların yığılmasından, dəyər ifadəsində olan ölçü vahidlərinə diqqət yetirilməsindən və 2005-ci ilin illik statistik hesabat formalarında manatla ifadə olunan ölçü vahidlərinin yeni manatla (5000 köhnə manat = 1 yeni manat) doldurulmasını, hesabat formalarında AZN manat göstərməklə BHM-nin müvafiq sahə şöbələrinə təqdim olunmasını təmin edilməsinin təşkili haqqında çıxış etdi.
Müşavirədə həmçinin Dövlət Statistika Komitəsi aparatının sahə şöbələrinin, şəhər və rayon statistika idarələrinin əməkdaşları qarşıya qoyulan məsələnin təşkili ilə bağlı çıxış etdilər.
FOTOŞƏKİLLƏR
|