AZ    EN
logo
Son yenilənmə: 19.12.2024

Ev təsərrüfatları büdcəsi

Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2024) (870,25 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2024-cü ilin yanvar - sentyabr ayları) (741,64 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2024-cü ilin yanvar - iyun ayları) (739,26 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2024-cü ilin yanvar - mart ayları) (702,49 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2023-cü il) (3,01 MB) Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları (2023) (1017,96 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2023-cü ilin oktyabr - dekabr ayları) (695,1 KB) Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2023) (774,44 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2023-cü ilin yanvar - sentyabr ayları) (706,96 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2023-cü ilin yanvar - iyun ayları) (705,09 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2023-cü ilin yanvar - mart ayları) (687,6 KB) Ev təsərrüfatları tədqiqatının əsas yekunları (2022-ci il) (2,98 MB) Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları (2022) (1,13 MB) Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2022) (772,74 KB) Əhalinin içməli su ilə təminatı vəziyyəti (618,59 KB) Ev təsərrüfatları tədqiqatının yekunları (2021-ci il) (2,63 MB) Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları (2021) (1,13 MB) Ev təsərrüfatları tədqiqatının yekunları (2021-ci ilin yanvar - dekabr ayları) (745,41 KB) Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2021) (753,52 KB) Ev təsərrüfatları tədqiqatının yekunları (2021-ci ilin yanvar - sentyabr ayları) (686,31 KB) Ev təsərrüfatları tədqiqatının yekunları (2021-ci ilin yanvar - iyun ayları) (674,57 KB) Ev təsərrüfatları tədqiqatının yekunları (2021-ci ilin yanvar - mart ayları) (654,78 KB) Əhalinin içməli su ilə təminatı vəziyyəti (555,31 KB) 2020-ci ildə ev təsərrüfatları tədqiqatının əsas yekunları (2,59 MB) Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları (2020) (1 MB) Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2020) (667,78 KB) 2020-ci ilin IV rübündə ev təsərrüfatları tədqiqatının əsas yekunları (724,95 KB) 2020-ci ilin III rübündə ev təsərrüfatları tədqiqatının əsas yekunları (719,89 KB) 2020-ci ilin II rübündə ev təsərrüfatları tədqiqatının əsas yekunları (705,19 KB) 2020-ci ilin I rübündə ev təsərrüfatları tədqiqatının əsas yekunları (629,05 KB) 2019-cu ildə ev təsərrüfatları tədqiqatının əsas yekunları (2,19 MB) Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları (2019) (922,13 KB) Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları (2019) (1,17 MB) 2018-ci ildə ev təsərrüfatları tədqiqatının yekunları (3,69 MB) 2017-ci ildə ev təsərrüfatları tədqiqatının yekunları (3,7 MB) 2016-cı ildə ev təsərrüfatları tədqiqatının yekunları (2,46 MB) 2015-ci ildə ev təsərrüfatları tədqiqatının yekunları (3,75 MB) Əhalinin su təchizatı ilə təminatının vəziyyəti (1,03 MB) 2015-ci ildə məcburi köçkünlər üzrə ev təsərrüfatları tədqiqatının yekunları (3,79 MB)

Ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər.

Ev təsərrüfatının orta ölçüsü sorğuda iştirak edən bütün ev təsərrüfatları üzvlərinin sayının ev təsərrüfatlarının ümumi sayına bölünməsi yolu ilə müəyyən olunur.

Ev təsərrüfatlarının tipi əhalinin demoqrafik strukturuna görə müəyyən olunur. Ev təsərrüfatlarının tipi aşağıdakı kimi formalaşır:
bir nəfərdən ibarət olan ev təsərrüfatları;
tək valideyn ilə 18 yaşından aşağı uşaqlardan ibarət olan ev təsərrüfatları;
18 yaşından aşağı uşaqları olmayan ər-arvaddan ibarət olan ev təsərrüfatları;
18 yaşından aşağı uşaqları olan ər-arvaddan ibarət olan ev təsərrüfatları;
18 yaşından aşağı uşaqları olan digər ev təsərrüfatları;
18 yaşından aşağı uşaqları olmayan digər ev təsərrüfatları.

Ev təsərrüfatlarının gəlirləri – ev təsərrüfatlarının cəmi pul xərcləri və maliyyə aktivlərinin artması (azalması) ilə müəyyən olunur. Bu metoda əsasən ev təsərrüfatları büdcələrinin tədqiqatı üzrə formalaşan gəlirlər göstəricisi ev təsərrüfatlarının öz xərclərini maliyyələşdirilməsi və hesabat dövründən əvvəllər yaradılmış əmanətləri cəlb etmədən ev təsərrüfatlarının sərəncamında qalan pul vəsaitlərinin həcmi kimi başa düşülür. Bu göstəricilərdən ölkə üzrə mütləq ifadədə göstəricilərin hesablanması üçün deyil, xərclərin tərkibinin müəyyən olunması, hər hansı zaman kəsiyində baş vermiş struktur dəyişikliklərinin öyrənilməsi üçün istifadə olunması məqsədəuyğun hesab olunur.

Muzdlu işlə əlaqədar alınan gəlirlər – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Bu gəlirlər əmək müqaviləsi, yaxud şifahi razılaşma əsasında yerinə yetirilən əmək fəaliyyətindən əldə olunan gəlirləri əhatə edir.

Özünüməşğulluqdan gəlirlər -sahibkarlıq fəaliyyətindən, istehsal kooperativinin üzvü kimi mənfəət bölgüsündən, ailə kəndli təsərrüfatında istehsal olunan məhsulların satışından və ya ailə müəssisəsində çalışmaqla əldə olunan və ev təsərrüfatı üzvlərinin özünüməşğulluqdan digər gəlirlərindən ibarətdir.

Ev təsərrüfatlarının istehlak xərcləri – ev təsərrüfatı üzvlərinin tələbatlarının ödənilməsi üçün ərzaq və qeyri-ərzaq məhsullarına, xidmətlərin haqqının ödənilməsinə çəkilən xərcləri əhatə edir. İstehlak xərclərinin tərkibinə investisiya şəklində satın alınmış sənət əsərlərinə, əntiq və zərgərlik əşyalarına çəkilən xərclər daxil edilmir. Bununla yanaşı, yaşayış və yardımçı tikililərdə tikinti işlərinin aparılması və əsaslı təmir üçün materialların alınması və həmin işlərin görülməsinə çəkilən xərclər də investisiya xərcləri olduğuna görə nəzərə alınmır. Ev təsərrüfatları tərəfindən vergi, rüsum, borc, aliment, cərimə, kredit ödənişləri və istehlaka aid olmayan sair bu kimi xərclər də istehlak xərclərinə aid edilmir.

Əhalinin adambaşına orta aylıq pul gəlirlərinin ölçüsünə görə bölgüsü - verilmiş müəyyən intervallar üzrə adambaşına pul gəlirlərinin ölçüsünə görə əhalinin sayının xüsusi çəkisinin əhalinin maddi vəziyyətinin ölçüsünə görə qruplaşmasıdır.

Ev təsərrüfatlarında ərzaq məhsullarının dəyəri – ev təsərrüfatlarında ərzaq məhsullarının satın alınmasına və evdən kənarda qidalanmaya çəkilən pul xərclərinin, eləcə də natura şəklində daxil olmuş ərzaq məhsullarının dəyərinin məcmusudur.

Ev təsərrüfatları büdcələrinin tədqiqatı proqramı məqsədləri üçün mülkiyyətdən gəlirlər dedikdə, ev təsərrüfatlarının banka qoyulmuş əmanətlərdən və borca verilmiş vəsaitlərdən, hər hansı bir işə yatırılmış investisiyalardan, daşınmaz əmlakın (ev, mənzil, bağ evi, qaraj, torpaq sahəsi və s.) və ya digər əmlakın (nəqliyyat vasitələri və s.) icarəyə verilməsindən, istiqrazlardan və ya başqa qiymətli kağızlardan əldə olunan gəlirlər, o cümlədən dividendlər başa düşülür.

Kvintil (20%) qrupları üzrə göstəricilər hesablanarkən ev təsərrüfatlarının adambaşına hesablanmış sərəncamda qalan gəlirləri ev təsərrüfatlarının üzvləri səviyyəsində artan qaydada sıralanaraq 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə adambaşına ən az, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) qrupları üzrə də məlumatlar eyni qaydada sıralanaraq 10 bərabər hissəyə bölünür və daha sonra ev təsərrüfatları qruplaşdırılır. Kvintil və desillər ev təsərrüfatlarının üzvləri səviyyəsində formalaşdırıldığına və ev təsərrüfatlarının ölçüləri fərqləndiyinə görə qruplar üzrə ev təsərrüfatlarının sayının xüsusi çəkisi ilə şəxslərin sayının xüsusi çəkisi fərqlənə bilər. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də hesablanır.

Ərzağa iqtisadi əlyetərlik – istehlak normalarından az olmayan həcmdə və çeşiddə əhali tərəfindən lazımi keyfiyyətdə olan ərzaq məhsullarını pərakəndə bazar qiymətləri ilə əldə etmək imkanıdır.

Ərzağa fiziki əlyetərlik əhaliyə ərzaq məhsullarını təqdim edən ticarət infrastrukturunun inkişaf səviyyəsi ilə xarakterizə olunur. Bu səviyyə müəyyən edilmiş istehlak normalarından az olmayan həcmdə və çeşiddə əhali tərəfindən ərzaq məhsullarını ölkənin bütün yaşayış məntəqələrində almaq imkanını təmin etməlidir.

Məhrumiyyətlər və sosial inkluzivlik - Avropa Statistika Bürosunun metodologiyasına görə əhalinin maddi məhrumiyyətə məruz qalıb-qalmaması 9 əlamət (deprivasiya) üzrə müəyyənləşdirilir:

1) kirayə haqqını, ipoteka və ya kommunal xərcləri ödəmək; 2) evdə lazım olan istiliyi təmin etmək; 3) gözlənilməyən halda 196 manatlıq (2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri) xərci (borc almadan) şəxsi büdcəsindən ödəmək; 4) günaşırı ət, toyuq, balıq və yaxud onların vegetarian ekvivalentində (lobya, mərcimək, noxud) ərzaq məhsullarından hazırlanan yeməklərlə qidalanmaq; 5) ildə azı bir həftə evdən kənarda dincəlmək; 6) televizora malik olmaq; 7) paltaryuyan maşına malik olmaq; 8) işlənmiş avtomobilə malik olmaq; 9) telefona malik olmaq. Ev təsərrüfatı o zaman bir qədər maddi məhrumiyyət içərisində hesab olunur ki, 9 əlamətdən ən azı 3-nü qarşılamağa maddi imkanı çatmır. Ev təsərrüfatı o zaman kəskin maddi məhrumiyyət içərisində hesab olunur ki, 9 əlamətdən ən azı 4-nü qarşılamağa maddi imkanı çatmır.

Ev təsərrüfatları 1-5-ci əlamətlərdən ən azı birini qarşılamağa maddi imkanı olmadıqda iqtisadi çətinlik içərisində olan hesab olunurlar. Ev təsərrüfatları 6-9-cu əlamətlərdən ən azı birini qarşılamağa maddi imkanı olmadıqda uzunmüddətli istifadə edilən əşyalardan məhrum olunmuş hesab olunurlar. Ev təsərrüfatlarının aşağıdakı əlamətlərdən birini qarşılamağa maddi imkanı yoxdursa, o zaman mənzil şəraiti ilə bağlı məhrumiyyət içərisində olan hesab olunurlar: 1) evinin damından su sızması, rütubət və nəmin olması, evinin divarlarında, döşəməsində, bünövrəsində, pəncərə şüşəsində çatların olması; 2) evin otaqlarının gündüz vaxtı qaranlıq olması, gün işığının az düşməsi; 3) evdə vanna və ya duşun olmaması; 4) evdə yalnız bu ev təsərrüfatının istifadəsi üçün nəzərdə tutulmuş su ilə təmin olunmuş sifonlu tualetin olmaması.

Bəzi hallarda yekunla toplananların cəmi arasındakı cüzi fərqlər rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim