AZ    EN
logo
Son yenilənmə: 31.07.2024

Telekommunikasiya və poçt

“Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyridövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatları əhatə olunur.
Nəzərə almaq lazımdır ki, yeni –“İqtisadi fəaliyyət növləri təsnifatı” nın 3-cü versiyasının tətbiqi ilə bağlı rabitə statistikası sahələrində bir sıra dəyişikliklər baş vermişdir. İqtisadi fəaliyyət növləri təsnifatının əvvəlki versiyası üzrə “Nəqliyyat və rabitə” seksiyasında əhatə olunan telekomunikasiya və poçt fəaliyyəti yeni təsnifat üzrə fərqli seksiyalarda çəmləşmişdir. Poçt fəaliyyəti “Nəqliyyat və anbar təsərrüfatı” fəaliyyətinə aid olunmuş, yeni “İnformasiya və rabitə” seksiyasında isə müxtəlif informasiya texnologiyaları xidmətləri və telekommunikasiya fəaliyyəti əhatə olunmuşdur. Cari məcmuədə bu amillər nəzərə alınmış, bununla yanaşı, istifadəçilərin tələbatı nəzərə alınaraq poçt fəaliyyəti də məcmuədə əks etdirilmişdir.
Statistik göstəricilər və onların formalaşması haqqında qısa metodoloji izahatlar cədvəllərdən sonra verilmişdir.

Şərti işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat əldə edilməmişdir;
« 0 » rəqəm vahiddən olduqca kiçikdir.

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim