Son yenilənmə: 25.09.2024
Əhali
Azərbaycan gəncləri
14-29 yaşda olan gənclərin cins və yaş qrupları üzrə bölgüsü
14-29 yaşda olan gənclərin cins bölgüsündə milli (etnik) tərkibi
Reproduktiv yaşda olan qadınlar
Əhalinin təkrar istehsalının əmsalları və doğum zamanı ananın orta yaşı
Doğumun yaş əmsalları
Doğulan uşaqların sayına görə 15-29 yaşda olan qadınların sayı
20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı
15-29 yaşda olan gənc qadınlar tərəfindən diri doğulan uşaqlar
2023-cü ildə 15-29 yaşda olan gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğumun ardıcıllığına görə bölgüsü
Rəsmi qeydə alınmış nikahda olan 15-29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı
2023-cü ildə rəsmi qeydə alınmış nikahda olan 15-29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü
Rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı
2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü
Rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşda gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı
Gözlənilən ömür uzunluğu
15-29 yaşda ölənlərin cins və yaş qrupları üzrə bölgüsü
15-29 yaşda ölənlərin cins və yaş qrupları üzrə ölüm əmsalları
Səbəblər üzrə 15-29 yaşda ölənlərin cins bölgüsü
Rəsmi qeydə alınmış nikaha daxil olan əhalinin orta yaşı
Bəy və gəlinin nikaha daxil olma yaşlarına görə nikahların sayı
15-29 yaşda olan əhalinin nikah vəziyyətinə görə sayı
2023-cü ildə cins, yaş və əvvəlki nikah vəziyyətinə görə nikahların sayı
15-29 yaşda olan boşanmış gənclərin cins və yaş qrupları üzrə bölgüsü
2023-cü ildə 15-29 yaşda olan boşanmış gənclərin yaş qruplarına və nikahlarının davametmə müddətinə görə bölgüsü
İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14-29 yaşda olan gənclərin sayı
İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14-29 yaşda olan gənclərin ümumi əhalidə xüsusi çəkisi
2024-cü ilin əvvəlinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə 14-29 yaşda olan əhalinin cins üzrə bölgüsü
2023-cü ildə Azərbaycana daimi yaşamaq üçün xarici ölkələrdən gələn və Azərbaycandan daimi yaşamaq üçün gedən 15-29 yaşda olan gənclərin ölkələr üzrə bölgüsü
15-29 yaşda olan əhalinin gəlir mənbələri üzrə bölgüsü
Metodoloji izahlar
Tibb ixtisasları üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislər
Tibb ixtisasları üzrə orta ixtisas təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislər
14-29 yaşda olan gənclərin xəstəlik sinifləri üzrə xəstələnməsi
14-29 yaşda olan gənclərin cins və yaş qrupları üzrə bədxassəli şişlərlə xəstələnməsi
14-29 yaşda olan gənclərin cins və yaş qrupları üzrə aktiv vərəmlə xəstələnməsi
14-29 yaşda olan gənclərin cins və yaş qrupları üzrə zöhrəvi xəstəliklərlə xəstələnməsi
14-29 yaşda olan gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi
Abortların yaş qrupları üzrə bölgüsü
İlk dəfə əlilliyi müəyyən edilən 14-29 yaşda olan gənclərin əlillik səbəbləri üzrə bölgüsü
İdman qurğuları
Ölkənin idmançıları tərəfindən beynəlxalq yarışlarda qazanılmış medallar
İdman seksiyalarında məşğul olanların ayrı-ayrı idman növləri üzrə bölgüsü
Metodoloji izahlar
14-29 yaşda olan gənclərin təhsil səviyyəsi
Dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərində təhsil alan şagirdlərin sayı
Orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı
Doktorantların sayı
2023/2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı
Elmi müəssisələrdə tədqiqatçıların sayı
Metodoloji izahlar
15-29 yaşda olan işçi qüvvəsi
15-29 yaşda olan məşğul və işsiz əhali
15-29 yaşda olan məşğul əhalinin cins və yaş qrupları üzrə bölgüsü
15-29 yaşda olan məşğul əhalinin təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü
15-29 yaşda olan işsiz əhalinin cins və yaş qrupları üzrə bölgüsü
15-29 yaşda olan işsiz əhalinin təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü
Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən işə düzəldilmiş və işsiz statusu verilmiş gənclərin sayı
Metodoloji izahlar
Kütləvi kitabxanaların işinin əsas göstəriciləri
Muzeylər
Klub tipli mədəniyyət müəssisələri
Kinoteatrlar
Peşəkar teatrlar
Teatrlara gələn tamaşaçıların sayı
Konsert müəssisələrinin işinin əsas göstəriciləri
Mədəniyyət və istirahət parkları
Mədəniyyət və istirahət parklarında asudə vaxt obyektləri
Metodoloji izahlar
15-29 yaşda olan ər–arvaddan ibarət ev təsərrüfatlarının sayı
Ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında istehlak xərcləri
Ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında uzun müddət istifadə olunan əşyaların mövcudluğu
Ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında evlərin (mənzillərin) mənsubiyyətinə və yaşayış yerlərinin növünə görə bölgüsü
Ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında evlərin (mənzillərin) otaqlarının sayına görə bölgüsü
Metodoloji izahlar
Cinayət törətmiş 14–29 yaşda olan gənclər
Cinayət törətmiş 14–29 yaşda olan gənclər (cinayət fəsilləri üzrə)
Cinayətin növləri üzrə cinayət törətmiş 14–29 yaşda olan gənclər
2023-cü ildə cinayət törətmiş 14-29 yaşda olan gənclərin yaş qrupları və cinayət növləri üzrə bölgüsü
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 14–29 yaşda olan gənclər
Metodoloji izahlar
Nəşrlərin elektron versiyası
Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir.
Ölkə əhalisinin 22,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilmişdir.
Gənclərin problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, milli siyasətin prioritet məsələlərindən birinə çevrildiyini nəzərə alaraq və gənclər haqqında statistik məlumatlarla müvafiq qurumları və ictimaiyyəti təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsi mütəmadi olaraq “Azərbaycan gəncləri” adlı statistik məcmuə hazırlayır və nəşr edir.
“Azərbaycan gəncləri – 2024” adlı statistik məcmuə aşağıdakı bölmələrdən ibarətdir: “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması və idman”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları” və “Hüquqpozmalar”.
"Demoqrafik göstəricilər" bölməsində gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, anaların yaşına görə diri doğulanlar, anaların yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqlarının sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınların yaş qruplarına görə diri doğulan uşaqlarının sayı, gözlənilən ömür uzunluğu, həmçinin ölənlərin cins və yaş qrupları üzrə bölgüsü, nikahlar, boşanmalar, miqrasiya və s. haqqında məlumat verilir.
Sağlamlığın qorunması və idman bölməsində gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, onların cins və yaş qrupları üzrə bədxassəli şişlərlə, aktiv vərəmlə, zöhrəvi xəstəliklərlə, alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi, abortların yaş qrupları üzrə bölgüsü, ilk dəfə əlilliyi müəyyən edilmiş gənclərin əsas xəstəliklər üzrə bölgüsü, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, idman seksiyalarında ayrı-ayrı idman növləri ilə məşğul olanlar barədə məlumat verilir.
“Təhsil və elm” bölməsində əhalinin təhsil səviyyəsi, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı, doktorantların sayı və elmi müəssisələrdə tədqiqatçıların sayı haqqında məlumat verilir.
“Məşğulluq və işsizlik” bölməsində əhalinin iqtisadi fəallığına dair statistik müayinələrin məlumatlarına əsasən iqtisadi fəal əhali, məşğul və işsiz əhalinin cins, təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, iqtisadi qeyri-fəal əhalinin cins və yaş qrupları üzrə bölgüsü, dövlət məşğulluq agentliyinin yerli qurumları tərəfindən işə düzəldilmiş və işsiz statusu verilmiş gənclərin sayı haqqında məlumat verilir.
“Asudə vaxt” bölməsində kütləvi kitabxanaların və konsert müəssisələrinin işinin əsas göstəriciləri, muzeylərin, klub tipli mədəniyyət müəssisələrinin, peşəkar teatrların, mədəniyyət və istirahət parklarının sayı, filmlərin istehsal olunduğu ölkələr üzrə bölgüsü, asudə vaxt obyektlərinə gələnlərin sayı və s. haqqında məlumat verilir.
“Gənc ailələrdən ibarət olan ev təsərrüfatları” bölməsində ölkənin regionları üzrə 15-29 yaşda olan ər-arvaddan ibarət ev təsərrüfatlarının sayı, ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında istehlak xərcləri, uzun müddət istifadə olunan əşyaların mövcudluğu, evlərin (mənzillərin) formasına və yaşayış evlərinin növünə və otaqların sayına görə bölgüsü haqqında məlumat verilir.
“Hüquqpozmalar”bölməsində cinayətin fəsilləri və növləri üzrə, narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törətmiş 14-29 yaşda olan gənclərin sayı haqqında məlumatlar öz əksini tapmışdır.
Məlumatlardan istifadə edərkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinad etmək lazımdır.
Xüsusi işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat mövcud deyil;
« 0.0 » məlumat çox kiçik rəqəmlə xarakterizə olunur ;
« x » müqayisə mümkün deyil .
Qeydlər:
- bəzi hallarda yekunla toplananların cəmi arasındakı fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur
- bəzi hallarda əvvəlki dövrlərdə nəşr edilmiş məlumatlarla cari nəşrdə həmin dövrlərə aid məlumatlar arasında yaranan fərq beynəlxalq praktikaya uyğun olaraq son statistik hesabatlar əsasında operativ məlumatlarda aparılan dəqiqləşdirmələrlə izah olunur