AZ    EN
logo
Son yenilənmə: 05.09.2024

Səhiyyə, sosial müdafiə, idman


Səhiyyə, idman

Xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi 18 yaşadək uşaqların xəstəlik sinifləri üzrə xəstələnməsi 0-13 yaşlı uşaqların xəstəlik sinifləri üzrə xəstələnməsi 14-29 yaşlı gənclərin xəstəlik sinifləri üzrə xəstələnməsi 30 və yuxarı yaşlı əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi Əhalinin ayrı-ayrı infeksion və parazitar xəstəliklərlə xəstələnməsi Ayrı-ayrı lokalizasiyalar üzrə əhalinin bədxassəli şişlərlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə bədxassəli şişlərlə xəstələnməsi Ayrı-ayrı lokalizasiyalar üzrə əhalinin aktiv vərəmlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə aktiv vərəmlə xəstələnməsi Əhalinin şəkərli diabetlə xəstələnməsi Əhalinin anemiya ilə xəstələnməsi Əhalinin talassemiya ilə xəstələnməsi Əhalinin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi Əhalinin psixi xəstəliklərlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə zöhrəvi xəstəliklərlə xəstələnməsi Xəstələrin xəstəxanalarda müalicəsinin nəticələri və çarpayı fondundan istifadə edilməsi Müalicə-profilaktika müəssisələrinin cərrahiyyə işləri Qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnməsi Tibb müəssisələrində qeydə alınmış hamilə, doğan və zahı qadınların sağlamlığı Doğuşlar və abortlar Qadınların yaş qrupları üzrə abortların sayı Kontrasepsiya vasitələrindən istifadə Doğuş zamanı operativ müdaxilə Həyatının birinci ilində körpələrin ayrı-ayrı xəstəliklərlə xəstələnməsi 18 yaşadək uşaqların anemiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəiflik ilə xəstələnməsi Körpələrin ana südü ilə qidalandırılması İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə xəstələnlərin sayı

Sosial müdafiə

Mənzil şəraiti

Statistik məcmuədə Azərbaycan Respublikasında səhiyyə, sosial müdafiə və mənzil şəraitinin vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhali arasında ölümün əsas səbəbləri haqqında məlumatlar verilmişdir.
Səhiyyə bölməsində tibb müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, sanatoriyalar, pansionatlar və istirahət evləri, doğuş, abort, bədən tərbiyəsi və idmanın inkişafı haqqında məlumatlar əks etdirilmişdir.
Xəstəliklərə dair cədvəllərdə məlumatlar Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı əsasında verilmişdir.
Sosial müdafiə bölməsində pensiya təminatı, sosial müavinətlər, təqaüdlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ümumi və ilkin əlillik, ahıllar, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyəti, istehsalatda bədbəxt hadisələr haqqında informasiya əks edilmişdir.
Mənzil şəraiti bölməsində ölkə üzrə yaşayış sahəsi, özəlləşdirilmiş mənzillərin sayı, mənzil fondunun abadlığı, mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı haqqında məlumatlar əks etdirilmişdir.
Nəşr edilmiş informasiya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarına əsaslanır.
Məcmuədə əks etdirilmiş bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə verilmişdir.

Xüsusi işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat mövcud deyil;
« 0,0 » məlumat çox kiçik rəqəmlə xarakterizə olunur;
« x » müqayisə mümkün deyil.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim