Məlumatların yayılmasının xüsusi standartı (MYXS)
Məlumatların yayılmasının xüsusi standartı (MYXS) Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən beynəlxalq kapital bazarlarına çıxışı olan və ya bu çıxışı əldə etməyə cəhd edən BVF-ə üzv-dövlətlər üçün özünün iqtisadi və maliyyə məlumatlarını ictimaiyyətə təqdim edilməsi sahəsində göstəriş kimi 1996-cı ildə yaradılmışdır. MYXS-in məqsədi əlçatan, vaxtlı-vaxtında olan və dolğun statistikanın həcmini artırmaqla əsaslandırılmış makroiqtisadi siyasətin həyata keçirilməsinə və maliyyə bazarlarının fəaliyyət göstərməsinə kömək etməkdən ibarətdir. MYXS-in əsas prinsipi isə ondan ibarətdir ki, standarta qoşulmuş üzv-dövlət MYXS-ə riayət edəcəyi barədə maliyyə bazarlarının iştirakçılarını və ictimaiyyəti məlumatlandırır. Bu prinsipin əsasında MYXS-in iki xüsusiyyəti durur:- MYXS məlumat istifadəçiləri tərəfindən müşahidə və nəzarət edilə bilən elementlərdən ibarətdir;
- elektron elanlar lövhəsi (http://dsbb.imf.org/) ölkələr haqqında məlumat əldə etmək üçün geniş imkanlar açır.
MYXS-də nəzərdə tutulmuş məlumatlar iqtisadiyyatın 4 sektorunu əhatə edir: real, vergi-büdcə, maliyyə və xarici.
MYXS-ə qoşulmuş dövlətlərin siyahısına bu və ya digər olkənin daxil edilməsi həmin ölkənin statistika sahəsində müəyyən olunmuş beynəlxalq tələblərə cavab verməsinin göstəricisidir.
Məlumatların buraxılış tarixinin planı
Metodologiya
Milli hesabların əsas göstəriciləri
Sənaye istehsalı indeksi
Xarici ticarətin göstəriciləri
Əhali
Əmək bazarı
Qiymət indeksləri
BVF-nun Məlumatların yayılmasının xüsusi standartına uyğun olan nəşrlər
Milli hesabların əsas göstəriciləri
Sənaye istehsalı indeksi
Xarici ticarət
Linklər
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Standartlara və Məcəllələrə Riayət üzrə Hesabat (SMRH)
Məlumat modulu Cild I
Məlumat modulu Cild III
Xarici ticarətin göstəriciləri
Ölkələr üzrə idxal və ixraca dair aylıq göstəricilər
Mal qrupları üzrə idxal və ixraca dair aylıq göstəricilər
Əhali
Əmək bazarı
Qiymət indeksləri