İxrac – ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən gətirilmiş
malların ölkə sərhədlərindən kənara göndərilməsidir.
Ölkənin öz istehsalı sayılan mallara, həmçinin ölkəyə gətirilən və təkrar emal olunaraq əsas kəmiyyət və
keyfiyyət göstəricilərini dəyişən xarici mənşəli mallar da daxil edilir.
İxracın dəyərinin qiymətləndirilməsi FOB qiymətləri və ya mal ixrac edən ölkənin franko-sərhəd qiymətləri
üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin quru sərhədlərinə və ya göndərmə limanına
çatdırılması və gəmi bortuna yüklənməsi xərcləri daxil edilir.
İdxal – ölkədə istehlak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün ölkə sərhədlərindən
kənardan mal gətirilməsidir.
İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri
üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri
daxil edilir.
Xarici ticarət dövriyyəsi – idxal və ixracın həcminin cəmidir.
Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın
həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.