AZ    EN
logo
Məlumatlar: əhatəlik, dövrülük və vaxtlı-vaxtında olma

Əhatəliyin xarakteristikası Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi bütün Azərbaycan ərazisi üzrə (2015-ci il = 100) modifikasiya edilmiş Laspeyres düsturuna əsasən hesablanır. Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi iqtisadi fəaliyyət növlərinin (NACE təsnifatı) aşağıdakı bölmələri üzrə: B «Mədənçıxarma sənayesi»; C «Emal sənayesi»; D «Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı»; E «Su təchizatı; tullantıların təmizlənməsi və emalı» və daha böyük yarım siniflərə, siniflərə, yarımqruplara və qruplara bölünməklə hesablanır. Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi həm iqtisadi fəaliyyət növləri, həm də məhsul növləri üzrə hazırlanır. Milli məcmu göstəricilər səhifəsində iqtisadi fəaliyyət növlərinə əsaslanan istehsalçı qiymətləri indeksi (SQİ) göstərilir.
Mövcud SQİ hazırda sənaye istehsalının 70 faizini əhatə edən 1100 müəssisənin məlumatları əsasında hazırlanır. 3824 mövqe üzrə qiymət məlumatları aylıq olaraq hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq yığılır. SQİ seçmə çərçivəsində mövcud meyarlara cavab verə bilən müəssisələrin 70 faizini əhatə edir, bundan sonra isə meyarlara və məlumatlara heç bir düzəliş edilmir.
Mövcud sənaye məhsulları istehsalçılarının qiymət indeksi 1100 müəssisə tərəfindən təqdim olunmuş 3824 sənaye məhsulunun qiymət məlumatları əsasında hesablanır (750 məhsulun modifikasiyası). Qiymətlər barəsində yığılmış məlumatlar istehsalçının bazar satışı ilə əlaqədar olan dəyər göstəricisini əks etdirir və hesabat təqdim edən müəssisələrin əməliyyatları haqqında məlumatları göstərir.
Çəkilər illik olaraq dəyişdirilir və hər bir ilin dekabr ayı ilə yanvar ayı arasında zəncirvari metodla əlaqələnir.
İndekslərin aqreqatlaşdırılmış çəkiləri sənaye müəssisələrinin illik müayinəsi əsasında alınan ümumi istehsaldakı nisbi payları əks etdirir. Bu müayinə 4000-ə yaxın müəssisəni əhatə edir.
Kateqoriya/İndeksdəki nisbi çəki

Kod Mövqe Çəki
06 Xam neft və təbii qaz hasilatı 65,14
07 Metal filizlərin hasilatı 1,33
08 Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 0,28
10 Qida məhsullarının istehsalı 7,52
11 İçki istehsalı 1,43
12 Tütün məmulatlarının istehsalı 1,46
13 Toxuculuq sənayesi 0,7
14 Geyim istehsalı 0,35
15 Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 0,09
16 Ağac emalı və ağacdan məmulatların istehsalı 0,18
17 Kağız və karton istehsalı 0,35
18 Poliqrafiya fəaliyyəti 0,25
19 Neft məhsullarının istehsalı 8,03
20 Kimya sənayesi 2,06
21 Əczaçılıq məhsullarının istehsalı 0,022
22 Rezin və plastik kütlə məmulatlarının istehsalı 1,2
23 Tikinti materiallarının istehsalı 2,3
24 Metallurgiya sənayesi 1,77
25 Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 0,65
26 Kompüter və digər elektron avadanlıqların istehsalı 0,18
27 Elektrik avadanlıqlarının istehsalı 0,49
28 Maşın və avadanlıqların istehsalı 0,13
29 Avtomobil və qoşquların istehsalı 0,26
31 Mebel istehsalı 0,36
32 Zərgərlik məmulatları, musiqi alətləri, idman və tibb avadanlıqlarının istehsalı 0,19
33 Maşın və avadanlıqların quraşdırılması və təmiri 0,05
D Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 3,22
E Su təchizatı;tullantıların təmizlənməsi və emalı 0,008

Mövsümi amillər nəzərə alınmaqla məlumatlarda düzəlişlər edilmir.
Dövrülük Aylıq
Vaxtlı-vaxtında olma İstehsalçı qiymətləri indeksinin mütəmadi və vaxtlı-vaxtında hesablanması hesabat ayından sonrakı ayın 10-dan 15-dək aparılır.

İctimayyət tərəfindən məlumatların əldə edilməsi imkanları

Məlumatların buraxılış təqviminin ilkin yayılması Məlumatların buraxılış təqvimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin veb səhifəsində göstərilir.
Bütün istifadəçilər üçün məlumatlardan eyni vaxtda istifadə etmək imkanı Məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin veb səhifəsi, həmçinin, press-reliz və daimi nəşrlər:
1) Aylıq bülleten «İstehsalçı qiymət indeksləri»
2) İllik statistik məcmuə «Azərbaycanda qiymətlər»
3) Dövlət Statistika Komitəsinin aylıq məruzəsi «Sosial-iqtisadi inkişaf» vasitəsilə istifadəçilərə eyni vaxtda çatdırılır.
Dürüstlük
Respondentlərin fərdi məlumatlarının məxfiliyi də daxil olmaqla rəsmi statistikanın hazırlanması müddətləri və şəraiti barədə məlumatların yayılması Dövlət Statistika Komitəsi "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa (18 fevral 1994-cü il tarixli) əsasən istehsalçı qiymətləri indeksini (İQİ) hesablayır və yayır.
Qanunun I maddəsi İQİ-nin hazırlanması və yayılması zamanı zəruri olan mənbə və metodların müstəqil seçilməsi üçün hüquqi əsasları müəyyən edir.
Qanunun II maddəsi rəsmi statistikanın hazırlanmasında məsul orqan kimi Dövlət Statistika Komitəsinin olduğunu məyyən edir.
Qanunun V maddəsində Dövlət Statistika Komitəsinin aşağıdakı məsələlər üzrə cavabdehlik daşıdığı bildirilir:
(1) geniş ictimai maraq kəsb edən statistik məlumatların yayılması;
(2) statistik məlumatların obyektivliyinə və dürüstlüyünə zəmanət;
(3) hazırlanmış məlumatların vaxtında, keyfiyyətlə və dəqiq yerinə yetirilməsinin təmin edilməsi.
Qanunun XI maddəsi Dövlət Statistika Komitəsinə təqdim olunmuş ilkin məlumatların məxfiliyinə zəmanət verir.
"Rəsmi statistika haqqında" Qanun həm azərbaycan həm də ingilis dilində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin veb-səhifəsində yerləşdirilmişdir.
Nəşrdən əvvəl hökumət orqanları tərəfindən məlumatların əldə edilməsi qaydaları Nəşrdən əvvəl hökumət orqanları məlumatları əldə etmək imkanına malik deyildir.
Statistik məlumatların nəşri ilə bağlı digər nazirliklərin rəyi Statistik məlumatlar digər nazirliklərin rəyi nəzərə alınmadan nəşr edilir.
Göstəricilərin dəqiqləşdirilməsi və metodologiyada ciddi dəyişikliklər edilməsi ilə bağlı məlumatların təqdim olunması

Məlumatlarr birinci dəfə yayılarkən ilkin məlumatlar hesab edilir. Müvafiq nəşrlərdə İQİ barədə məlumatlar yenidən baxılmağa məruz qala biləcək məlumatlar kimi göstərilir.
Göstəricilərin dəqiqləşdirilməsi dövrü 1 ilə bərabərdir. Dəqiqləşdirilmiş göstəricilər növbəti nəşrdə əks olunur. Dövlət Statistika Komitəsi metodologiyada, məlumatların mənbələrində və hesablama metodunda baş verən əhəmiyyətli dəyişikliklər barədə əvvəlcədən xəbər verir. İstehsalçı qiymətləri indeksinin hesablanması metodunda baş verən dəyişikliklər Dövlət Statistika Komitəsinin veb-səhifəsinin “Metodoloji izahatlar” bölməsində, “Sosial-iqtisadi inkişaf” adlı aylıq məruzədə, həmçinin, digər metodoloji işlərdə yerləşdirilir. http://www.stat.gov.az/menu/7/

Keyfiyyət
Statistik göstəricilərin hazırlanması zamanı istifadə olunan mənbələr və metodologiyalar barədə sənədlərin yayılması Metodologiyalar barədə qısa məlumat Dövlət Statistika Komitəsinin aşağıdakı daimi nəşrlərində göstərilir:
1. aylıq bülleten «İstehsalçı qiymət indeksləri»
2. illik statistik məcmuə «Azərbaycanda qiymətlər»
3. Dövlət Statistika Komitəsinin aylıq məruzəsi «Sosial-iqtisadi inkişaf»
Komponentlər, göstəricilərin yoxlanmasının nəticələri, göstəricilərin əsaslandırılmasının təsdiqi və statistik tutuşdurulmanın təmin edilməsi üçün statistik əsaslar barədə məlumatların yayılması Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi həm bütövlükdə Azərbaycan Respublikası üzrə, həm iqtisadi fəaliyyət növlərinin (IFNT) B, C, D və E bölmələri, həm də daha böyük yarım siniflərə, siniflərə, yarımqruplara və qruplara bölünməklə hazırlanır. Göstəricilər aşağıdakı nəşrlərdə çap edilir:
  • «Azərbaycanın statistik göstəriciləri»;
  • «Azərbaycanda qiymətlər»;
  • «Azərbaycan rəqəmlərlə»
  • «İstehsalçı qiymət indeksləri» adlı aylıq bülleten

I. Analitik əsas, anlayış, müəyyən etmə və təsnifat

  • Müəyyən etmə: Bütün istehsal vahidləri və yarımqruplar üzrə kəmiyyət və keyfiyyətin sabit qaldığı zaman qeydə alınmış əmtəə dəstinin qiymətlərinin dəyişmə ölçüsü.
  • Təsnifat: Müəssisələrin iqtisadi fəaliyyət növləri üzrə təsnifatlaşdırılması zamanı NACE nomenklaturasının 5-rəqəmli milli variantından, əmtəələrin təsnifatlaşdırılması zamanı isə PRODCOM nomenklaturasının genişləndirilmiş 10-rəqəmli variantından istifadə olunur.

II. Məlumatların əhatə olunması

  • Sahələrin əhatə olunması: Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi mədənçıxarma sənayesini, emal sənayesini, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, suyun təchizatı;tullantıların təmizlənməsi və emalını əhatə edir.
  • Məhsulların əhatə olunması: Mövcud müəssisə üzrə buraxılmış məhsulun ümumi həcminin 70%-dən az olmamaq şərti ilə məhsullar əhatə olunur. Daha sonra bu müəssisənin bütün istehsal fəaliyyəti növlərini əhatə edən məmulatların (əməliyyatların) reprezentativ seçimi həyata keçirilir. Hətta müəssisənin əsas fəaliyyətinə müvafiq olaraq 5-rəqəmli kateqoriya çərçivəsinə daxil olmayan məmulatlar (əməliyyatlar) belə seçilir. Cari seçmədə 750 adda məhsulun müşahidəsi 3824 mövqe üzrə müxtəlif məhsul çeşidlərini özündə əks etdirir. Əgər buraxılan məhsul həm ixrac olunur, həm də daxili bazarda satışa çıxarılırsa, onda həmin məhsul əvvəlki ildəki satış həcmləri nəzərə alınmaqla iki məhsul növü kimi qeydə alınır.
  • Coğrafi əhatəlik: Bütün ölkə əhatə olunur.

III. Mühasibat uçotunun normaları

  • Qiymətlərin müşahidə olunma vaxtı: 3824 mövqe üzrə qiymət məlumatları aylıq olaraq hesabat dövründən sonrakı ayın 2-ci iş gününə kimi olan dövrü əhatə edir.
  • Hesabatda əks olunma dövrü: Qiymətlər faktiki ödəmə vaxtından asılı olmayaraq əməliyyat anı qeydə alınır.
  • Qiymət tipləri: Yığılmış qiymət məlumatlarına məhsula olan vergilər, maya dəyərinə aid edilməyən daşınma xərcləri nəzərə alınmadan axırıncı satış anındakı qiymətlər daxil edilir. Bu məlumatlar hesabat təqdim edən vahidlərin əməliyyatları da daxil olmaqla istehsalçıların bazar satışları ilə əlaqədar olan dəyər göstəricilərini əks etdirir.
  • Məcmu/xalis əsasda uçot qaydaları: Əlaqəli müəssisələr arasındakı əməliyyatlar məcmu əsasda qeydə alınır.

IV. Məlumatların əsas mənbələrinin xarakteri

  • Çəkilərin mənbəyi: Məhsul indeksləri üçün çəkilər hər bir məhsul növünün əvvəlki ildəki satışına, iqtisadi fəaliyyət növləri indekslərinin çəkiləri isə ehtiyyatların dəyişməsi də daxil olmaqla ümumu buraxılış həcminə əsaslanır.
  • İstifadə olunan çəkilərin dövrü: 2021-ci il üçün istehsalçı qiymətləri indeksinin hesablanması zamanı 2019-cu ilin bazis çəkilərindən istifadə olunur.
  • Çəkilərin yeniləşmə dövrü: Çəkilər hər il yeniləşdirilir və dekabr ilə yanvar ayları bir-biri ilə zəncirvari metodla əlaqələndirilir. Ayrı-ayrı müəssisələr barədə məlumatı özündə birləşdirən müəssisələrin müayinə göstəricilərini il ərzində əldə etmək olar. Bu isə öz növbəsində əvvəlki ilin dekabr ayındakı qiymət dəyişmələri və iki il əvvəl olan məhsul dəyərlərinə əsaslanmış çəkilər strukturundan istifadə etməklə İstehsalçı qiymətləri indeksini hər il yeniləşdirməyə imkan verir. Məsələn, 2021-ci ilin İstehsalçı qiymətləri indeksi 2019-cu ilin yekunları üzrə müayinə məlumatlarının 2020-ci ilin dekabr ayındakı qiymətlərlə təshih edilməsinə əsasən hesablanmışdır.
  • Müəssisələrin seçilməsi: Reprezentativ müəssisələr optimal seçmə metodu ilə sənaye müəssisələrinin istehsal həcmləri əsasında seçilir. Seçmə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin göstəricilərinə və müəssisələrin qeydiyyatı barədə məlumatlara əsasən aparılır. Dövlət Statistika Komitəsi müəssisələrin rəsmi qeydiyyat məlumatları əsasında yeniləşən reyestr aparır. Bundan əlavə, Vergilər Nazirliyi tərəfindən müvafiq məlumatlar daxil olur.
  • Məhsulların/əməliyyatların seçilməsi: qeydiyyat üçün seçilmiş məhsullarda reprezentativlik meyarı kimi mövcud olduqları istehsal qrupundakı məhsul buraxılışının çəkisi çıxış edir.
  • Məhsulların/əməliyyatların səciyyəsi: məhsullun/əməliyyatın səciyyəsinin detallaşdırılma səviyyəsi beynəlxalq 8-rəqəmli PRODCOM təsnifatı əsasında genişləndirilmiş 10-rəqəmli milli məhsul təsnifatı üzrə 10 rəqəmdən ibarətdir.
  • Seçmənin həcmi: 3824 mövqe üzrə qiymət məlumatları aylıq olaraq heabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq yığılır. Hazırda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi seçmə çərçivəsində mövcud meyarlara cavab verə bilən müəssisələrin 70 faizini əhatə edir, bundan sonra isə meyarlara və məlumatlara heç bir düzəliş edilmir. Mövcud SQİ sənaye istehsalının 70%-ni əhatə edən 1100 müəssisə tərəfindən təqdim olunmuş məlumatlar əsasında hesablanır.
  • Qiymət məlumatlarının yığılması metodları: Müəssisələrə şəxsən baş çəkmə, poçt vasitəsilə hesabat formalarının göndərilməsi, elektron poçt vasitəsilə həyata keçirilir. Qiymətlərin qeydiyyatı kağız blanklarda aparılır.

V. Göstəricilərin tərtib edilməsi təcrübəsi

  • Aşağı səviyyəli indekslərin hesablanması: Aşağı səviyyəli indekslər seçməyə daxil olan hər bir məhsul növünün fərdi indeksi kimi hesablanır (məhsul vahidinin hesabat ayındakı qiyməti əvvəlki aydakı məhsul vahidinin qiymətinə bölünür). Fərdi indekslərin aqreqatlaşdırılması məhsulun əvvəlki ildəki sənaye istehsalının göstəriciləri əsasında həyata keçirilir.
  • Aqreqatlaşdırma düsturu: İndeksin hesablanması üçün modifikasiya edilmiş Laspeyres düsturundan istifadə edilir.
  • Aqreqatlaşdırma strukturu: Məhsulların qiymət indeksləri sahələr üzrə aqreqatlaşdırılır.
  • Dəyər çəkiləri ilə baza dövrünün əlaqələndirilmiəsi: Çəkilər hər il yenilənir və dekabr ilə yanvar ayı bir-biri ilə zəncirvari metodla əlaqələndirilir.
  • Yeni çəkilərlə hesablanmış indeksin digər dövrlərlə əlaqəsi: Çəkilərin illik olaraq dəyişilməsi indekslərin hesablanmasına və onların fasiləsizliyinə heç bir təsir etməməlidir. Bunun üçün indekslər arasında əlaqələr (hər bir dekabr ilə yanvar arasında) yaradılır ki, bu zaman ardıcıl dinamika sıraları yaradılır və ilkin hesablanma nöqtəsi üçün baza seçilir.
  • Bazis dövrü: 2015-ci il=100

VI. Digər aspektlər

  • Olmayan məhsulların qiymətlərinin uçotu: Olmayan məhsulların qiymətləri digər anoloji məhsulların qiymətləri ilə əvəzlənərək hesablanır və bütün əvəzlənmiş məhsullar hər il əhatə dairəsinə daxil edilir. Məhsul təsnifatının geniş spektri qiymət dəyişmələrinin lazımi uçotunu aparmağa imkan verir.
  • Əvəzetmə üçün mövqelərin seçilməsi: Mövcud modifikasiya həmişəlik satışdan çıxarılanda əvəzləmə üçün yeni modifikasiya götürülür. Yeni əməliyyatın qiyməti köhnə əməliyyatın qiyməti ilə birbaşa uyğun olmadığı üçün yeni əməliyyatın köhnə əməliyyatın mövcud olduğu dövrə aid qiymətini əldə etmək lazımdır. Bundan sonra müəyyən dövrdə bu əmələyyatlar arasında baş verən dəyişikliklər qiymətləndirilir.
  • Müxtəlif keyfiyyətlərin nəzərə alınması ilə təshih etmə: Hazırki dövrə qədər keyfiyyətin təshih edilməsi aparılmır.
  • Yeni məhsulların daxil edilməsi: Struktura yeni məhsullar çəkilər yenilənənə qədər daxil edilmir.
  • Mövsümi mövqelər: Respublikanın sənaye istehsalı üçün fasilələr və mövsümi malların satışı xarakterik olmadığı üçün mövsümi malların uçotu aparılmır.
  • Qiymətlərin yoxlanması: İstehsalçı qiymətləri indeksi ilə istehlak qiymətləri indeksi bir-biri ilə müqayisə olunur və analoji meyllərlə xarakterizə olunur. Müəssisələrin müayinəsinin məqsədi tam əhatəliliyi təmin etməkdir. Hesabatdakı məlumatlar Dövlət Statistikası Komitəsi tərəfindən yığılan digər məlumatlarla mümkün qədər yoxlanılır. İqtisadi fəaliyyət növü üzrə İstehsalçı qiymətləri indeksi ilə məhsul növü üzrə İstehsalçı qiymətləri indeksi arasında daxili uyğunluq olduğu üçün onların dinamikası arasında ziddiyyətlər mövcud olmur.
  • Məlumatların işlənməsinin yoxlanması: Məlumatlar bazasının yaradılması və hər il çəkilərin dəyişməsi zamanı hər bir müəssisə üzrə avtomatik nəzarət həyata keçirilir və müşahidə üçün seçilmiş bütün əmtəələrin satış həcmlərinin cəmi müqayisə olunur. Reprezentativ seçmədə bütün NACE kateqoriyalarının və çəkilər sistemindəki fərqlərin mövcudluğu yoxlanır. İstehsalçı qiymətləri indeksinin iki növdə hesablanmasından sonra (NACE və PRODCOM təsnifatları üzrə) bütün aqreqasiya səviyyələrində olan indekslərin dinamika cədvəlləri təhlil edilir. Sahələr və məhsul növləri üzrə olan məcmu indekslər arasındakı kənarlaşmalar 1%-dən yuxarı olmamalıdır.
  • Mövsümi amillərin nəzərə alınması ilə təshih edilmiş indekslər: İstehsalçı qiymətləri indeksinin mövsümi dəyişikliklər ilə bağlı yenidən hesablanması həyata keçirilmir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim