Mətbu məlumat  
Xəbərlər
Paris şəhərində Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyası keçirilmişdir22.04.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva və Əhali və gender statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən 9-11 aprel 2014-cü il tarixlərində Paris şəhərində təşkil edilmiş Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyasında iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsində mini futbol turnirinə start verilib21.04.2014
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə aprel ayının 19-da Dövlət Statistika Komitəsində Gənclər və İdman nümayəndəliyinin təşkilatçılığı ilə “Heydər Əliyev kuboku” uğurunda mini futbol turnirinə start verilib. Turnirdə Aparatın və Komitənin tabeliyində olan qurumların əməkdaşları iştirak edirlər. Turnirin finalı 2014-cü il may ayının 4-nə nəzərdə tutulub.
Ətraflı
Minsk şəhərində “Statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması” mövzusunda təlim kursu keçirilmişdir04.04.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Məlumatların yayılması şöbəsi müdirinin müavini-mətbuat katibi S.Süleymanova, müdir müavini L.Kərimova və sektor müdiri A.Əhmədov Belarus Respublikasının Minsk şəhərində Avropa İttifaqının Statistika İdarəsinin təşkilatçılığı ilə “Statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması” mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişlər.
Ətraflı
Cenevrə şəhərində “Gender statistikası üzrə seminar və İşçi sessiya” keçirilmişdir04.04.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və həmin şöbənin aparıcı məsləhətçisi Sitarə Babayeva BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən 17-21 mart 2014-cü il tarixlərində Cenevrə şəhərində təşkil edilmiş “Gender statistikası üzrə seminar və İşçi sessiyası”nda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsi tərəfindən 720 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib19.03.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivi tərəfindən 17 mart 2014-cü il tarixdə Novruz bayramı münasibətilə Oğuz rayonunda məskunlaşmış 720 məcburi köçkün ailəsinə 6100 manatlıq ərzaq yardımı göstərilmişdir.


Ətraflı
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun BMT-nin Statistika Komissiyasının 45-ci sessiyasında iştirakı haqqında14.03.2014
3-7 mart 2014-cü il tarixində BMT-nin Statistika Komissiyasının Nyu York şəhərində 45-ci sessiyası keçirilmiş, bu tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak etmişdir. Sessiyada “Rəsmi statistikanın əsas prinsipləri”nin həyata keçirilməsi; Statistika Komissiyasının iş metodları; inkişafın ölçülməsinin daha geniş göstəriciləri; milli hesablar; ekoloji-iqtisadi hesablar; beynəlxalq ticarət və iqtisadi qloballaşma statistikası; inkişaf naminə informasiya və kommunikasiya texnologiyaları; ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 [-35-] 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog