Mətbu məlumat  
Xəbərlər
Dövlət Statistika Komitəsi nümayəndələrinin Türkiyə Statistika Qurumunda "Mövsümi düzəlişlər" mövzusunda keçirilmiş seminarda iştirakı haqqında12.03.2012
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi Acalov Toğrul və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin aparıcı məsləhətçisi Alpaşayeva Alidə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının 20-23 fevral 2012-ci il tarixində Türkiyənin Ankara şəhərində təşkil etdiyi "Mövsümi düzəlişlər" mövzusunda seminarda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsi nümayəndələrinin Almaniyada Tvinninq layihəsi çərçivəsində "Biznes registr" mövzusunda təşkil edilmiş seminarda iştirakı haqqında06.03.2012
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Qasım Əliyev, həmin şöbənin baş məsləhətçiləri Lalə Salamzadə və Elşən Məmmədov, məsləhətçi Leyla İsmayılova 22-24 fevral 2012-ci il tarixlərində Almaniya Federativ Respublikasının Statistika İdarəsində Tvinninq layihəsinin "Biznes registr" altkomponentinə müvafiq olaraq "Biznes registr" mövzusunda təşkil edilmiş seminarda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsi nümayəndələrinin FAO-nun "Kənd ərazilərinin inkişafında qadınlar və ailə üzrə İşçi Qrupu"nun 22-ci Ekspertlər İclası və 15-ci Sessiyasında iştirakı haqqında05.03.2012
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi müdirinin müavini Rəşad Bayramov və Əhali və gender statistikası şöbəsinin baş məsləhətçisi Zəbihə Əsgər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində 20-21 fevral 2012- ci il tarixlərində "Avropa və Orta Asiyada kişi və qadınların kənd yerlərində sosial-iqtisadi statusunun qiymətləndirilməsi" üzrə 22-ci Ekspertlər İclasında ...
Ətraflı
Xocalı soyqırımı ilə bağlı tədbir haqqında27.02.2012
Fevralın 24-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin sektor müdiri Malik Heydərov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsindən bəhs etdi.
Ətraflı
Dövlət Statistika Komitəsinin işinin yekunları haqqında30.01.2012
2012-ci il yanvar ayının 27-də Dövlət Statistika Komitəsinin inzibati binasında 2011-ci ildə ölkənin statistika orqanlarının işi haqqında geniş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında Aparatın, Naxçıvan MR Statistika Komitəsinin, Baş Hesablama Mərkəzinin, rayon statistika idarələrinin rəhbərləri iştirak etmişdilər.
Ətraflı
BMT-nin Statistika Şöbəsinin xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunmuşdur.28.12.2011
BMT-nin Statistika Şöbəsinin 2011-ci ilin dekabr ayının 7/8 saylı xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunmuşdur. Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusifov Yusif tərəfindən hazırlanmış məqalədə Azərbaycanda enerji statistikasının təkmilləşdirilməsi, milli enerji balansının tərtibi sahəsində görülmüş işlər haqqında məlumat verilmişdir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 [-63-] 64 65 66 67 68 69 70 71 72

kişisel blog