Suleymanov Rafael Söhbət oğlu - İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-64-98 |
Faks: | 538-10-13 |
E-poçt: | rafael.suleymanov@stat.gov.az |
1956-cı il iyul ayının 27-də Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1978-1979-cu illərdə Dövlət Statistika Komitəsinin Aparatında iqtisadçı, 1980-1997-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, mühəndis, aparıcı mühəndis, böyük mühəndis, böyük iqtisadçı, şöbə rəisinin müavini, şöbə rəisi, 1997-ci ildən Dövlətstatkomun Aparatında şöbə müdiri vəzifələrində işləmişdir. 2015-ci ildən Dövlətstatkomun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-ilkin məlumatların məxfiliyini təmin etməklə ölkə, region və sahələr səviyyəsində statistik məlumatlarla dövlət orqanlarını, hüquqi, fiziki şəxsləri və digər istifadəçiləri təmin edir; -mütəmadi olaraq icmal statistik məcmuələr hazırlayıb nəşr edir və istifadəçilər arasında yayır; -kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edərək müntəzəm olaraq mətbuat konfranslarının keçirilməsini təmin edir; -regionlar və istifadəçilər haqqında məlumat bazalarını təkmilləşdirir. |