Vakansiya - Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi
Şöbə müdiri | |
Telefon: | 539-81-04 |
Faks: | 539-81-04 |
E-poçt: | |
Şöbənin fəaliyyət istiqaməti: | |
- Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri, strateji təhlil və planlaşdırma üzrə işlərin, o cümlədən strateji layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlərin həyata keçirilməsi; - ölkə iqtisadiyyatında uçot və rəsmi statistika hesabatı məsələləri üzrə metodoloji və təşkilati işlərin, o cümlədən yerli statistika orqanlarının işinin təşkil edilməsi; - statistik vahidlərin Dövlət reyestrinin yaradılması, aparılması və ondan istifadə olunması, bu sahədə metodiki və təşkilati göstərişlərin, sahə şöbələrinin təkliflərinə uyğun olaraq statistik müayinələrin keçirilməsi üçün müşahidə obyektlərinin müəyyən edilməsi məqsədilə zəruri reyestr məlumatlarının formalaşdırılmasının təmin edilməsi; - ölkədə mövcud olan potensial inzibati məlumat mənbələrinin rəsmi statistik məlumatların istehsalı prosesinə cəlb olunması istiqamətindəki işlərin təşkili; - inzibati məlumatlar sahəsində dövlət orqanları ilə qarşılıqlı əlaqələrin qurulması və razılaşmaların əldə olunması; - qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri ilə statistika sahəsində əməkdaşlığın həyata keçirilməsi; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Komitənin rəhbərliyi tərəfindən həvalə olunmuş digər istiqamətlər üzrə fəaliyyətin yerinə yetirilməsi. |