AZ    EN
logo

Nuriyev Mübariz Əsgər oğlu - Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi

“Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi“
Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru
Telefon: 538-77-19
1957-ci il mayın 15-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1978-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Naxçıvan elm mərkəzində stajor tədqiqatçı kimi fəaliyyətə başlamışdır. 1980-ci ildən Bakı şəhərində Fizika İnstitutunda stajor tədqiqatçı kimi fəaliyyətini davam etdirmiş, 1986-cı ildə dissertasiya işi müdafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi adı almışdır. 1987-1991-ci illərdə Naxçıvan elm mərkəzində kiçik elmi işçi, elmi işçi, fizika-kimyəvi tədqiqatlar şöbəsinin müdiri, 1991-ci ildən 2018-ci ilə qədər Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, kafedra müdiri, dekan, elmi işlər üzrə prorektor, elmi katib vəzifələrində çalışmışdır. Fizika üzrə elmlər doktorudur.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2015-ci ildə “Avropa Nəşr və Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif olunmuş, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
2018-ci il 25 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin Əmri ilə “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdir.
Evlidir, üç övladı var.
Mərkəzin fəaliyyət istiqaməti:
-Statistika sahəsində elmi-tədqiqat işlərinin aparılması, mövcud statistik metodologiyaların təkmilləşdirilməsi və yeni metodologiyaların işlənilməsi, seçmələrin layihələndirilməsi və statistik məlumatların ekonometrik təhlili;
-İnnovativ statistik texnologiyaların öyrənilməsi, onların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və bu sahədə Komitənin mütəxəssislərinin biliklərinin artırılmasına köməklik göstərilməsi;
-“Statistika xəbərləri” elmi-praktik jurnalının, statistik nəşrlərin, o cümlədən bülletenlərin, müxtəlif çıxış materiallarının çap edilməsi, poliqrafik fəaliyyətin göstərilməsi;
- qanunvericiliklə qadağan olmayan digər istiqamətlərdə fəaliyyətin göstərilməsi.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim