AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin "Heydər Əliyev – 100 Bir Ömrün Əbədiyyəti" adlı xüsusi nəşri işıq üzü görüb

11.12.2023, 15:45

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən "Heydər Əliyev - 100 Bir Ömrün Əbədiyyəti" adlı xüsusi nəşr hazırlanaraq çap olunub.

Azərbaycan və ingilis dillərində nəfis tərtib olunan nəşrdə 1969-2022-ci illər üzrə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən statistik göstəricilər və sözügedən sahələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi rəsmi dövlət tədbirlərindən fotoşəkillər, həmçinin hər dövrü əks etdirən statistik göstəricilərin müqayisəsi əsasında tərtib edilmiş təhlillər, qrafiklər və infoqrafikalar öz əksini tapıb.

Yeni nəşr respublika ictimaiyyətinə, kitabxanalara, beynəlxalq təşkilatlara, yerli icra hakimiyyəti və statistika orqanlarına təqdim olunmuş, həmçinin geniş oxucu kütləsinin istifadəsi üçün elektron versiyası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/H.ALIYEV_100_15.11.2023.zip linkində yerləşdirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim