AZ    EN
logo
image

BMT-nin Statistika Komissiyasının 55-ci sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir

01.03.2024, 17:18

2024-cü ilin 26 fevral – 1 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 55-ci sessiyası və rəsmi statistikaya dair Yüksək Səviyyəli Forum keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov iştirak edib.

Sessiyanın müzakirəsinə 19 sənəd çıxarılıb, 12 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada rəsmi statistikanın əsas prinsipləri, Statistika Komissiyasının iş metodları, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, məlumat elmi, milli hesablar, iqtisadi statistika, ekoloji-iqtisadi hesablar, kənd təsərrüfatı, sosial, dövlət idarəetməsi, gender, əhali və ev təsərrüfatları, regional inkişaf, turizm, sahibkarlıq, ticarət, iqlim dəyişikliyi statistikası, beynəlxalq statistik təsnifatlar, açıq məlumatlar və bir sıra digər mövzular üzrə müvafiq ekspert və işçi qrupları tərəfindən hazırlanmış məruzələrə dair qərarlar qəbul edilib. Eyni zamanda demoqrafiya, əlillik, səhiyyə, xidmət, informasiya və kommunikasiya texnologiyaları statistikası, yaşlanma üzrə məlumatların dezaqreqasiyası ilə əlaqədar statistika, beynəlxalq müqayisələr proqramı, biznes reyestrləri, statistika və geoməkan məlumatlarının inteqrasiyası, məlumat idarəçiliyi, statistik işlər proqramının koordinasiyası, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının qərarlarının icrası məqsədilə görülmüş işlər üzrə hazırlanmış məlumat xarakterli məruzələr təqdim olunub.  Rəsmi statistikanın əsas prinsiplərinə həsr olunmuş Yüksək Səviyyəli Forumda rəsmi statistikaya inam və etimadın gücləndirilməsində rəsmi statistikanın əsas prinsiplərinin tarixi əhəmiyyəti araşdırılmış, sürətlə dəyişən informasiya ekosistemində problemlərin həlli və imkanlardan istifadə üçün rəsmi statistikada rəhbər rolu barədə müzakirələr aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim