Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Haqqımızda
Dövlət Statistika Komitəsinin kollegiyası haqqında
Dövlət Statistika Komitəsinin kollegiyası haqqında
- Dövlət Statistika Komitəsinin kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında əsasnaməyə" uyğun təşkil edilmişdir.
- Kollegiya Dövlət Statistika Komitəsinin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən, Dövlətstatkomun aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarətdir. Dövlətstatkomun kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
- Kollegiya iclaslarının planlaşdırılması, hazırlanması, aparılması qaydaları və onların qəbul etdiyi qərarların icrasına nəzarət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməyə və Dövlət Statistika Komitəsinin Reqlamentinə uyğun olaraq həyata keçirilir.
- Dövlətstatkomun kollegiyası öz iclaslarında Dövlətstatkomun fəaliyyəti ilə bağlı, ona həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi, ölkədə statistikanın təşkili və inkişafı ilə əlaqədar məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Zəruri hallarda kollegiya iclaslarında iştirak etmək üçün müzakirə edilən məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, müəssisələrin, təşkilatların və idarələrin nümayəndələri, alimlər və mütəxəssislər dəvət oluna bilər.
- Kollegiya iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
- Dövlətstatkomun kollegiya iclaslarının planları rübdə bir dəfə struktur bölmələrin və tabelikdə olan qurumların rəhbərlərinin təklifləri əsasında tərtib olunur. Kollegiya iclaslarının planında iclasların keçirilməsi tarixləri, gündəliyə daxil edilən məsələlər və məsələlərin hazırlanıb müzakirəyə təqdim olunmasına cavabdeh şəxslərin adları göstərilir. Zəruri hallarda kollegiya iclaslarının planlarında nəzərdə tutulmayan məsələlər Komitə sədrinin təklifi, Aparatın şöbələrinin və Komitənin tabeliyində olan qurumların rəhbərlərinin və sədrin müvafiq sahəyə rəhbərlik edən müavinlərinin, Aparatın rəhbərinin təqdimatı əsasında Komitə sədrinin razılığı ilə kollegiyanın müzakirəsinə çıxarıla bilər.
- Kollegiya iclaslarının gündəliyinə daxil edilmiş məsələlərə dair aydın və dəqiq tərtib olunmuş qərar layihələri (zəruri hallarda məsələ ilə bağlı tədbirlər planı da əlavə edilməklə) müzakirəyə çıxarılmış məsələlərə cavabdeh struktur bölmələrin və tabelikdə olan qurumların rəhbərləri tərəfindən hazırlanır, sədrin onlara rəhbərlik edən müavini ilə razılaşdırılaraq, iclasa ən azı 3 iş günü qalmış kollegiyanın katibinə təqdim edilir. Kollegiyanın katibi təqdim olunan qərar layihələrinin və digər materialların kollegiya iclaslarının müzakirəsinə vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir.
- Təqdim olunan qərar layihələrində və digər materiallarda müzakirə edilən məsələnin ətraflı təhlili əks etdirilməli və real vəziyyətə obyektiv qiymət verilməli, icraçılar qarşısında dəqiq ifadə olunmuş məqsəd və vəzifələr qoyulmalı, konkret icraçılar, habelə qərarın yerinə yetirilməsinin həvalə olunduğu struktur bölmələr, tabelikdə olan qurumlar və şəxslər, lazım gəldikdə icra, məlumat və hesabatların təqdim edilmə müddətləri göstərilməlidir. Qərar layihəsində tapşırıq verilən müvafiq şöbələrin rəhbərləri layihələrlə əvvəlcədən tanış edilirlər.
- Dövlətstatkomun kollegiyasının müzakirəsinə çıxarılmış qərar layihəsi baxıldıqdan sonra müzakirələrdə irəli sürülən irad və təkliflər nəzərə alınmaqla yenidən işlənir və iclasdan ən geci 3 iş günü sonra kollegiya üzvləri ilə razılaşdırılaraq imzalanmaq üçün sədrə təqdim olunur. Təsdiq edilmiş qərarın (zəruri hallarda məsələ ilə bağlı tədbirlər planı da daxil olmaqla) surəti aidiyyəti struktur bölmələrə və tabelikdə olan qurumlara göndərilir. Dövlətstatkomun kollegiya iclaslarında ayrı-ayrı məsələlər üzrə protokol tapşırıqları verilə bilər və bu tapşırıqlar protokollardan çıxarışlar şəklində icraçılara çatdırılır.
- Dövlətstatkomun kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və Dövlətstatkomun sədri tərəfindən təsdiq edilir. Dövlətstatkomun kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Dövlətstatkomun kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı halda Dövlətstatkomun sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Dövlətstatkomun kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
- İclaslar kollegiyanın katibi tərəfindən protokollaşdırılaraq kollegiyanın sədri və katibi tərəfindən imzalanır.
- Kollegiyanın üzvləri
- 2021-ci ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2021-ci ilin yanvar ayı
- 2020-ci ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2020-ci ilin yanvar ayı
- 2019-cu ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2019-cu ilin yanvar ayı
- 2018-ci ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2018-ci ilin yanvar ayı
- 2017-ci ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2017-ci ilin yanvar ayı
- 2016-cı ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2016-cı ilin yanvar ayı
- 2015-ci ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2015-ci ilin yanvar ayı
- 2014-cü ildə keçirilmiş kollegiya iclaslarında qəbul olunmuş qərarlar 2014-cü ilin yanvar ayı
2021-ci ilin fevral ayı
2020-ci ilin fevral ayı
2020-ci ilin mart ayı
2020-ci ilin aprel ayı
2020-ci ilin iyun ayı
2020-ci ilin iyul ayı
2020-ci ilin sentyabr ayı
2020-ci ilin noyabr ayı
2020-ci ilin dekabr ayı
2019-cu ilin fevral ayı
2019-cu ilin mart ayı
2019-cu ilin aprel ayı
2019-cu ilin iyun ayı
2019-cu ilin iyul ayı
2019-cu ilin avqust ayı
2019-cu ilin sentyabr ayı
2019-cu ilin oktyabr ayı
2019-cu ilin noyabr ayı
2019-cu ilin dekabr ayı
2018-ci ilin fevral ayı
2018-ci ilin mart ayı
2018-ci ilin aprel ayı
2018-ci ilin may ayı
2018-ci ilin iyun ayı
2018-ci ilin iyul ayı
2018-ci ilin sentyabr ayı
2018-ci ilin oktyabr ayı
2018-ci ilin noyabr ayı
2018-ci ilin dekabr ayı
2017-ci ilin fevral ayı
2017-ci ilin mart ayı
2017-ci ilin aprel ayı
2017-ci ilin iyun ayı
2017-ci ilin iyul ayı
2017-ci ilin sentyabr ayı
2017-ci ilin oktyabr ayı
2017-ci ilin noyabr ayı
2017-ci ilin dekabr ayı
2016-cı ilin fevral ayı
2016-cı ilin mart ayı
2016-cı ilin aprel ayı
2016-cı ilin iyun ayı
2016-cı ilin iyul ayı
2016-cı ilin sentyabr ayı
2016-cı ilin oktyabr ayı
2016-cı ilin noyabr ayı
2016-cı ilin dekabr ayı
2015-ci ilin fevral ayı
2015-ci ilin mart ayı
2015-ci ilin aprel ayı
2015-ci ilin may ayı
2015-ci ilin iyun ayı
2015-ci ilin iyul ayı
2015-ci ilin avqust ayı
2015-ci ilin dekabr ayı
2014-cü ilin fevral ayı
2014-cü ilin mart ayı
2014-cü ilin aprel ayı
2014-cü ilin may ayı
2014-cü ilin iyun ayı
2014-cü ilin iyul ayı
2014-cü ilin avqust ayı
2014-cü ilin sentyabr ayı
2014-cü ilin oktyabr ayı
2014-cü ilin noyabr ayı
2014-cü ilin dekabr ayı