Elektron xidmətlər haqqında

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının 2-1-ci bəndinin, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi aşağıdakı istiqamətlər üzrə elektron xidmətlər göstərir.

- Rəsmi statistik hesabatların təqdim edilməsi;
- Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi;
- Statistik məlumatların (göstəricilərin) verilməsi;
- Statistik nəşrlərin (kitabların) onlayn satışı;
- Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi.

Qeyd olunan elektron xidmətlər nəticəsində statistik vahid (hüquqi və ya fiziki şəxs) bütün rəsmi statistika hesabatlarını statistika orqanlarına gəlmədən elektron formada təqdim edir, statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları, habelə onu maraqlandıran digər statistika məlumatlarını elektron formada əldə edir, statistik məcmuəni (kitabı) Komitəyə gəlmədən, dəyərini onlayn şəkildə ödəməklə alır, statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə barəsində inzibati protokol tərtib olunmuş hüquqi və ya şəxs cəriməni banka getmədən, internet vasitəsilə onlayn rejimində ödəmək imkanlarını qazanırlar.

Elektron xidmətlər

  1. Dövlət xidmətləri
  2. Rəsmi statistik hesabatların təqdim edilməsi
  3. Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi
  4. Statistik məlumatların (göstəricilərin) verilməsi
  5. Statistik nəşrlərin (kitabların) onlayn satışı
  6. Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi
  7. Elektron xidmətlər üzrə inzibati reqlamentlər