Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri
Cari ilin yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 1495,8 manat təşkil etmişdir. Bu dövrdə ölkənin hər sakininə ayda orta hesabla 249,3 manat məbləğində gəlir düşmüşdür ki, bu da 2010-cu ildəkindən 33,5 manat çoxdur.
İlin altı ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 13,5 milyard manatlıq gəlirin 67,5 faizi son istehlak xərclərinə, 8,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 22,6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,4 milyard manatlıq və ya əvvəlki ildəkindən 18,3 faiz çox vəsait qalmışdır.