2011-ci ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

13.07.2011


2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında 22,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalın artım sürəti 100,9 faiz olmuşdur.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2496,9 manat və ya 3149,5 ABŞ dolları təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 10,8 milyard manat təşkil etmiş, neft-qaz hasilatı və emalı sahələrində isə 5,1 faiz azalmışdır.
ÜDM-in 54,7 faizi sənayedə, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 6,9 faizi tikintidə, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,4 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 5,9 faizini təşkil etmişdir.