Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin iyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
İyul ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,4 faiz ucuzlaşmışdır. Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,1 faiz, buğdanın 5,6 faiz, yaşıl paxlalı tərəvəzlərin 25,8 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,9 faiz, kələmin 1,8 faiz, kartofun 0,2 faiz, soğanın 5,8 faiz, bibərin və pomidorun müvafiq olaraq 28,6 və 13,6 faiz, badımcanın 34,0 faiz, qarpızın 39,3 faiz, yemişin 12,3 faiz, quru otun istehsalçı qiymətləri 2,0 faiz ucuzlaşmış, qarğıdalının istehsalçı qiymətləri 2,8 faiz, keşnişin 0,8 faiz, şüyüdün 1,7 faiz, süfrə çuğundurunun 7,7 faiz, xiyarın 4,5 faiz, göy soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 7,5 faiz bahalaşmışdır. Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 1,4 faiz, almanın 2,4 faiz, armudun 1,2 faiz, albalının 0,4 faiz, gavalının 2,3 faiz, alçanın istehsalçı qiymətləri isə 2,9 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı iyul ayı ərzində çoxillik bitkilərdən limonun istehsalçı qiymətlərində 0,5 faiz, əriyin 1,5 faiz, çiyələyin istehsalçı qiymətlərində isə 2,5 faiz bahalaşma müşahidə olunmuşdur. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,5 faiz, inəyin 0,2 faiz, camışın 1,4 faiz, erkək buzovun 0,4 faiz, inək südünün 0,1 faiz, erkək qazın 5,2 faiz, toyuq yumurtalarının istehsalçı qiymətləri 5,9 faiz ucuzlaşmış, 1 yaşdan 2 yaşadək olan dişi dananın istehsalçı qiymətləri 0,8 faiz, ana qoyunun 1,4 faiz, 1 yaşadək quzunun 2,9 faiz, diri keçilərin 1,9 faiz, camış südünün 0,3 faiz, balın istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşmışdır. İyul ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 0,3 faiz bahalaşma müşahidə olunmuşdur.