2011-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

08.08.2011


İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,9 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 1,0 faiz bahalaşmışdır.
İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,3 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz bahalaşmış, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,4 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 5,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, kimya sənayesi üzrə 3,8 faiz, metallurgiya sənayesi üzrə 3,5 faiz, toxuculuq sənayesi və maşın və avadanlıqların istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, geyim istehsalı üzrə 1,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.