Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar-iyul aylarında sənayenin işi haqqında
Ölkənin sənaye sahələrində yeddi ay ərzində 18,0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 76,0 faizi mədənçıxarma bölməsində, 18,3 faizi emal bölməsində, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Yeddi ay ərzində neft hasilatı 27,7 milyon ton, təbii qaz hasilatı isə 15,1 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,4 faizini təşkil etmiş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.