Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarı haqqında
2011-ci ilin səkkiz ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 10,2 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 9,9 milyard manatı pərakəndə ticarət, 320,6 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 60,7 faizi ərzaq məhsullarının, 39,3 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Səkkiz ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 3,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox pullu xidmətlər göstərilmişdir.