Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
Avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,5 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9 faiz bahalaşmışdır.
Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,0 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,0 faiz, kimya sənayesi üzrə 1,9 faiz, mebel istehsalı üzrə 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz bahalaşmış, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4 faiz, qida məhsullarının istehsalı üzrə 2,0 faiz, geyim istehsalı üzrə 1,8 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.